Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-657/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraataparılan şəxs Şəxs ştirakları ilə, xx.xx.1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali əhsilli,işləməyən, Yevlax rayonu, Natavan küçəsi, 16 ünvanında qeydiyyatda olmaqla ünvan 2 198 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi Zaur Tağıyev bildirdi ki, xx.xx.2020-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasındadindirilmiş Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs bacısı Şahid1 sabiq əridir. Bacısı 2019-cu ildə Məmməddən ayrılaraq onlarla yaşayır. xx.xx.2020-ci il tarixdə axşam evə getdikdə yaşadığı binanın qarşısında səs-küy olduğunu eşitmiş, daha sonra ora yaxınlaşaraq Məryəmin ağladığını görmüşdür. Ağlamasının səbəbini soruşduqda onu Məmmədin döydüyünü demişdir. Buna görə də Zərərçəkmiş şəxs ilə dalaşmışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasındadindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Vüsalın bacısı ilə evli olub ayrılmışdır. xx.xx.2020-ci il tarixdə, Məryəmin yaşadığı evə getmiş, onun telefonuna baxmaq istəyən zaman Vüsal əlində tapança ilə onun üstünə gəlmiş və əlində olan tapançanın arxası ilə onun başına zərbələr endirmişdir. Hadisədən sonra ondan üzr istəmiş və onlar barışmışlar. Hazırda Şəxs heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. X3 bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 502 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-başın təpə nahiyyəsinin sol yarısının dərialtı hematoması, boyun nahiyyəsinin ön səthinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi;sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-215/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəxs barəsində verilmiş apelyasiya şikayətinin qismən təmin edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 3(012)-657/2020 saylı qərarın ləğv edilməsi və işə başqa hakim tərəfindən, yenidən baxılması üçün maretialAbşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 oğlunun qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X4 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslə barışığın əldə olunması iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Yuxarıdagöstərilənlərəəsasən və AzərbaycanRespublikasınınİnzibatiXətalarMəcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130cumaddələrinirəhbərtutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata zərərçəkmiş şəxslə barışıq əsası ilə xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Sevinc Quliyeva.
Məhkəmə qərarları › İş №3(012)-657/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-657/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver