Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-659/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, inzibati xəta törətmiş şəxs "xxxx" MTK-nin direktoru Şəxs, tələbkar Zərərçəkmiş şəxs Vaqiz qızının nümayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.1954-cü il tarixdə Beyləqan rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron-1 MTK-nın direktoru vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən125-ci korpusda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(012)-2661/2021 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında başlanmış 18.06.2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 1 ünvanında inşa edilən yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3-cü giriş 3 otaqlı ümumi sahəsi 120 kv.m olan 56 saylı mənzilə görə ödənilmiş 46000 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. "xxxx" MTK-nin direktoru Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-cimaddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə "xxxx" MTK-nin direktoru Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(012)-2661/2021 saylı icra vərəqəsi 22.12.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. "xxxx" MTK-nin direktoru Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu "xxxx" MTK-nin direktoru Şəxs icra vərəqəsi icraya yönəldiyi vaxtdan icra vərəqəsinin tələblərini yerinə yetirməmişdir. Tələbkar müxtəlif orqanlara şikayət edərək, borcun ödənilməsini təkidlə tələb etsə də borclu borcunu ödəmir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında "xxxx" MTK-nin direktoru Şəxs verdiyi izahatında göstərmişdir ki, icra sənədində qeyd olunan müqavilə ondan əvvəlki direktorun dövründə olub. Şirkətin köhnədən qalan borcundan bir million manatdan çox borc ödənilib zərərçəkmiş şəxslərə. Bununla bərabər vergidən qalan borcları bağlayırlar. Əmək haqqını və işçilərin əmək haqqını kommunal ödənişlərdən verir. Borcu ödəmək üçün vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında "xxxx" MTK-nin icraçı direktoru X3 verdiyi izahatında göstərmişdir ki, zərərçəkmiş şəxs şirkətin əvvəlki direktoru ilə öz aralarında ev alıb satıblar bu isə şirkətin heç bir sənədlərində, qeydiyyat kitablarında qeyd olunmamışdır. Buna baxmayaraq məhkəmənin qərarı var ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməlidir və bundan imtina etmirlər. Buna görə də, vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs Vaqiz qızının nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, dəfələrlə Baş prokurorluğa, Abşeron rayon prokurorluğuna müraciət etmişdir ki "xxxx" MTK-nin rəhbərliyi barəsində cinayət işi açılsın. Lakin cavab vermirlər, deyirlər ki məhkəmə qərar çıxardannan sonra görünsə ki cinayət tərkibi var onda cinayət işi başlana bilər. Baş prokurorluğunun yanında Korrupsiya ilə Mübarizə idarəsində 2019-cu ildə rəsmi işi açıldı, lakin o işin içində onlara heç bir təsiri olmadı və səbəb nə olduğu bilinmədi. 6 ildə ona dəymiş ziyanı ödəmirlər. Dəymiş ziyanı hissə-hissə yox tam şəkildə ödəsinlər. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə "xxxx" MTK-nin direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" MTK-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələblərinə "xxxx" MTK-nin direktoru Şəxs vəzifəli şəxsdir. Buna görə də o, vəzifəli şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: "xxxx" MTK-nin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 (min iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-659/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-659/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver