Məhkəmə qərarları › İş №3(012)-659/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-659/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-659/2023 09.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Abşeron DYPŞ YPX inspektoru, polis serjantı Səxavət İsmayılzadə tərəfindən qəbul olunmuş TP5641191 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYPŞ YPX inspektoru, polis serjantı Səxavət İsmayılzadə tərəfindən qəbul olunmuş TP5641191 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırdı ki, 27 mart 2023-cü il tarixində saat təxminən 19.20 radələrində etibarnamə ilə idarə etdiyi 01CX428 dövlət qeydiyyat nişanlı HAVAL H9 nəqliyyat vasitəsilə Novxanı istiqamətindən (Abşeron, Səttar Bəhlulzadə (Saray 49)) sol tərəfə Masazır qəsəbəsi istiqamətinə hərəkət edərkən svetoforun yaşıl işığından keçdikdən sonra adını xatırlamadığım DYP əməkdaşı onu saxlayaraq qayda pozduğunu bildirmişdir. Belə ki, o, hər hansı qaydanın tərəfindən pozulmadığını bildirərək, bunu sübut edən video çəkilişi və hər hansı bir faktı göstərməsini xahiş etsə də, DYP əməkdaşı bundan imtina edərək heç bir əsas, sübut, dəlil təqdim etməyərək ona AR İXM-nin 327.2 maddəsilə (İXP5314588) saylı inzibati protokol tərtib etmişdir. O, həmin istiqamətdə hərəkət etdiyi zaman svetoforun yaşıl işığı yandıqdan sonra digər yol iştirakçılarının hərəkət istiqamətinin və surətinin dəyişməsinə məcbur qalmasına səbəb olmadan hərəkətinə davam etmişdir. Lakin buna baxmayaraq DYP əməkdaşı bu detalları və onun haqlı olduğunu nəzərə almayaraq barəsində inzibati xəta haqqında protokol tərtb etmişdir. Onun barəsində qəbul edilmiş qərar qərəzli, qanunsuz olduğu üçün Abşeron DYP YPX inspektoru, polis serjantı Səxavət İsmayılzadə tərəfindən qəbul olunmuş TP5641191 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron DYP YPX inspektoru, polis serjantı Səxavət İsmayılzadə tərəfindən qəbul olunmuş TP5641191 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsindən şikayətə mahiyyəti üzrə baxılması üçün qərarın tərtib olunmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X2 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99-cu maddəsində qeyd olunur ki, inzibati xəta hadisəsinin mövcudluğunun göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında işlər üzrə icraata başlamağa səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan sənədləri tələb edib nəzərdən keçirərkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta üzrə eyni tarixli və eyni nömrəli 2 (iki) ədəd inzibati tənbeh vermə haqqında qərarlardan başqa heç bir sənəd məhkəməyə göndərilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin olunmalı, Abşeron DYP YPX inspektoru, polis serjantı Səxavət İsmayılzadə tərəfindən qəbul olunmuş TP5641191 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron DYP YPX inspektoru, polis serjantı Səxavət İsmayılzadə tərəfindən qəbul olunmuş TP5641191 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar