Məhkəmə qərarları › İş №3(012)-66/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-66/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-66/2023 18.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, xx.xx.1986-cı ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində özünə məxsus olan “Nissan Tida” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyinin qarşısında Bakı-Sumqayıt yolunun əlavə hərəkət hissəsi ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması səbəbindən idarə etdiyi avtomobil ilə ehtiyatsızlıqdan əvvəlcə eyni zolaqda qarşısında hərəkətdə olan “Opel Vectra” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, sonra isə yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış “Hyundai Elantra” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Tida” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığa az ağır zərərvurmaya aid, eyni nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sağlamlığa yüngül zərər vurmaya aid, “Opel Vectra” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X7 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə tərəflərin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 dekabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində yüngül dərəcəli xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 alınmış xx.xx.2022-ci il tarixli 2634 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş 1987-ci il təvəllüdlü X3 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 alınmış xx.xx.2022-ci il tarixli 2618 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş 1980-cı il təvəllüdlü X4 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sağ said nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı onun salonunda olduğu avtomaşın digər avtomaşına toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilməmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 alınmış xx.xx.2022-ci il tarixli 2701 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazu sümüyünün qapalı-qəlpəli yerdəyişmiş sınığı və bazu oynağının çıxığı küt əşyanın təsirindən, onun tibbi yardım üçün “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 alınmış xx.xx.2022-ci il tarixli 2633 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazu oynağında hərəkət məhdudluğu ilə müşaiət olunan kapsula bağ aparatının gərilməsi, qançır-şişkinliyi, sol baldır nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 04.112022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı onun salonunda olduğu avtomaşın digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. xx.xx.2022-ci il tarixli 2/27616 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərinə görə müalicə xərclərini və maddi ziyanı Şəxs ödəmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması 03 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ __________________________________________________________________ __ AZ 0100, Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5 Telefon: (+994 12) 342 07 07; faks: (+994 12) 342 11 44; e-mail: mailto:court@azdata.netElektron ünvan xx.xx.2021-ci il № 3(012)-1032/2021 Abşeron rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab Şəhriyar Şəmşirliyə Abşeron rayonu, Masazır qəsəbəsi, Brean park y/k, blok 4, mənzil 167- X1 Abşeron rayonu, Masazır qəsəbəsi, Brean park y/k, blok 4, mənzil 167- X8 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 64, mənzil 25- də inzibati xəta törətmiş şəxs X2 İnzibati xəta törətmiş şəxs X5 barəsində Abşeron Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti _______ vərəqədə Məhkəmənin sədri: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar