Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-660/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə, Hüquqi şəxs olan Şəxs MMC-nin barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs olan Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Buna görə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və MMC-dən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan inzibati xəta haqqında 30.03.2021-ci il tarixli AP ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs olan Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin məktubundan və məktubun 20.01.2021-ci il tarixdə rəsmi qaydada qəbul edilməsi barədə xəbərnamədən görünür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-yə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “TEMSA PRESTİJ CİTY” avtobus markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13.01.2021-ci il tarixdə, saat 12:16 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub 20.01.2021-ci il tarixdə şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında 30.03.2021-ci il tarixli AP ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs olan Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin məktubundan və məktubun 10.02.2021-ci il tarixdə rəsmi qaydada qəbul edilməsi barədə xəbərnamədən görünür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-yə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “TEMSA SAFİR HDC 12” avtobus markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 27.01.2021-ci il tarixdə, saat 13:15 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub 10.02.2021-ci il tarixdə şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası şirkətin hüquqi ünvanı üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-660/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-660/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver