Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-660/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron DYP-nin polis leytenantı X5 tərəfindən tərtib edilmiş 02 aprel 2022-ci il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İş üzrə məhkəmə iclası 04 may 2022-ci il tarixə, saat 15:45-ə təyin edilmiş, tərəflər məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkən şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində sürücülük hüququ əsasında etibarnamə ilə idarə etdiyi «BMW 316» markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə saatda 40 km/surətlə AAAF X6 istiqamətində hərəkətdə olarkən manevr qaydalarını pozaraq, yolu sağdan sola piyada keçən 1952-ci il təvəllüdlü X2 ehtiyatsızlıqdan avtomobilin sol yan güzgüsü ilə vuraraq, başın, alın və qarşlararası nahiyələrinin, sağ göz qapaqlarının, gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırları, sol gözün ağılı qişasına qansızma, sol qaşüstü nahiyənin əzilmiş yarası burun sümüyünün distal ucunun yerdəyişməsi sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrığı ilə nəticələnın sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa zərərvumaya aid xəsarət vurmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs barəsində Abşeron rayon Polis idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, kapitanı X3 tərəfindən 22 fevral 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi qərarı verilmişdir. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 269 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- başın, alın və qarşlararası nahiyələrinin, sağ göz qapaqlarının, gözaltı və yanaq nahiyələrinin şişkinlikli qançırları, sol gözün ağılı qişasına qansızma, sol qaşüstü nahiyənin əzilmiş yarası burun sümüyünün distal ucunun yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrığı ilə müşayiət oluna burun nahiyəsinin sıyrığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl törənmişlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa zərərvumaya aid xəsarət vurmuşdur. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-660/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-660/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver