Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-662/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X6 barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis baş leytenantı X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, VAZ dairəsi yaxınlığında YPX əməkdaşları tərəfindən E.Hüseynli saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin YPX inspektoru baş serjantı Turqay Mirzəyev tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 02.10 radələrində VAZ dairəsi adlanan ərazidə ** YP *** dövlət qeydiyyat nişanlı avtopatrulla xidmətdə olduğu zaman DAEWO NEXİA markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayarkən sürücü xx.xx.2002-ci il təvəllüdlü X2 səbəbi, yəni xarici işıq cihazlarında əlavə avadanlıq və dövlət qeydiyyat nişanı standarta uyğun olmadığını izah etdikdə və YHQ 37-ci maddəsinə uyğun olaraq sürücüdən sənədləri təqdim etməyi izah olunsa da sürücü E.Hüseynli tabesizlik göstərərək heç bir sənədi təqdim etməyəcəyini söyləmiş və idarə etdiyi nəqliyyat vasitəsini DİN-nin 15 saylı duracağına yerləməsi barədə məlumat verdikdə isə nəqliyyat vasitəsinin açarını üzərində çıxardaraq gizlətdi və heç yerə getməyəcəyini söylədi. Sürücü nizam intizama dəvət olunsa da, o, qanunsuz əməllərinə davam etdi və polisin qanuni tələbinə bilərəkdən riayət etmədi. Məhkəmə iclasında X6 inzibati xəta törətməsini qəbul etdi və izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, VAZ dairəsi adlanan ərazidə idarə etdiyi DAEWO NEXİA markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşını ** YP *** dövlət qeydiyyat nişanlı YPX əməkdaşları saxlamağı işarə verdilər. Həmin zaman idarə etdiyi avtomobili saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşaraq özünü ona təqdim etdikdən sonra avtomobilə aid sənədləri tələb etdi, o da sənədlərin portal vasitəsilə yoxlanılmasını tələb etdi. Daha sonra ona dövlət qeydiyyat nişanında defis olmadığı üçün maşının duracağa aparacağını bildirdi və avtomobilin açarlarını tələb etmiş, o da cərimənin yazılmasını və buraxılmasını tələb etmiş və açarı dostuna ötürmüş, həm də 102 xidmətinə zəng edib məlumat vermək istəsə də ona mane olmuş və telefonu əlindən alınmışdır. Sonda əməlindən peşman olmasını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYPŞ-nin YPX inspektoru baş serjantı Turqay Mirzəyev raportla eyni məzmunlu izahat verərək bildirdi ki, sürücü uzun müddət onunla mübahisə etmiş və avtomobilin açarlarını dostuna atmış və kobudluq etmişdir. O, vətəndaşı nizam intizama dəvət etsə də sonuncu qanunsuz əməlindən dönməmişdir. O da məcbur olub hadisəylə bağlı Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X3 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tutma qərarından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə 02:30 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X3 şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, X5 həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs X5 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 07 (yeddi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə 02:30 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs X5 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-662/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-662/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver