Məhkəmə qərarları › İş №3(012)-663/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-663/2020

16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-663/2020 16.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 nümayəndəsi X3 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 xx.xx.2019-cu il tarixli, EQ ******* saylı qərarından X4 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim : X8 şikayət ərizəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 xx.xx.2019-cu il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,Binəqədi DYPŞ-nin X2 və Ramin Əsgərov adlı əməkdaşları xx.xx.2019-cu il tarixdə saat 10:10 radələrində istifadəsində olan AZ-**-FG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən onu saxlatmış və avotomobili cərimə meydançasına yerləşdirmişlər. Sonradan ona təqdim edilmiş imzasız və möhürsüz protokolda göstərilmişdir ki,sürücülük vəsiqəsində müvafiq “B“ kateqoriyası olmadığı halda avtomobili idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 332.2.-ci maddəsinin tələbləri pozulmuşdur.Binəqədi DYPŞ-nə və Baş Dövlət Yol Polisi Şöbəsinə müraciət etdikdə məlum oldu ki,onun barəsində xeyli əvvəl sayını bilmədiyi qədər protokollar yazılıb və qərarlar qəbul edilib. Heç vaxt yaşamadığı və qeydiyyatda olmadığıSuraxanı rayonu Bəkirli küçəsi 135 ünvanına göndərmiş,ona məlumat verilməmiş, mesaj göndərilməmiş və elektron kabinet açılmamışdır.Bildirirki,məcburi köçkündür,3ilə yaxındır ki, Abşeron rayonu,Mehdiabad qəsəbəsi Qarant şəhərciyi bina 4,mənzil 88 - də məskunlaşmışdır. Bir neçə dəfə DİN-nin Baş Dövlət X13 rəisinə rəsmi şikayətlər verərək bütün bunların anlaşılmazlıq olduğunu və Azərbaycan Respublikası İXM-nin tələb və mənasına zidd olduğunu bildirmiş,heç bir tədbir görülməmiş,barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarları xx.xx.2020-ci il tarixədək verməkdən imtina etmişlər.Barəsində olan qərarları Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazova dəfələrlə müraciət etdikdən sonra xx.xx.2020- ci il tarixdə Abşeron rayon Pİ-nin DYP-dən ala bilmişdir. Göründüyü kimi DYP-si əməkdaşlarının qərarları qanuna və qaydalara ziddir. Ona görə də barəsində olan qərarlar İXM-nin tələblərinə zidd olduğundan DİN-nin Baş Dövlət X13 xx.xx.2019-cu il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 nümayəndəsi X6 şikayətin əsassız olduğunu bildirməklə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. X1 məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəi barədə məlumat verməmişdir. Məhkəmə işə şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, EQ ******* saylı qərardan görünür ki, X8 xx.xx.2019-cu il tarixdə saat 14:30:46 radələrində Cavanşir körpüsü istiqamətində VAZ- 2109 markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddənin tələblərini pozmuş və 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı X8 xx.xx.2019-cu il tarixdə saat 14:30:46 radələrində Cavanşir körpüsü istiqamətində istiqamətində VAZ-2109 markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyi müəyyən edildi. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə -əlli manat məbləğində cərimə edilir. Məhkəmə şikayətə baxıb bu qərarı qəbul edərkən aşağıdakı hüquq normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Bu Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 134. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Tahir Teymurovun barəsində tərtib olunmuş qərardan məlumatsız olmasını da inandırıcı hesab etmir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 xx.xx.2019-cu il tarixli, EQ ******* saylı protokol əsasında qəbul olunmuş qərarınləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X8 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 50 (əlli)) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 xx.xx.2019-cu il tarixli, EQ ******* saylı protokol əsasında qəbul edilmiş qərardan şikayəti əsassız olduğundan təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 xx.xx.2019-cu il tarixli, EQ ******* saylı protokol əsasında qəbul olunmuş qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar