Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-663/2022 04.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan ***-***-**-** Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 02.04.2022-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 02.01.2022-ci il tarixdə saat 12 radələrində sürücü Şəxs idarə etdiyi X1 Prado markalı, Ol-BO-878 dövlət qeydiyyat nişanlı avtomobillə saatda 30-40 km sürətlə Abşeron rayonu, Xırdalan şəhəri, 120 dairəsi adlanan ərazidən iləsən Əliyev küçəsi ilə “Qafqaz Universiteti” istiqamətinə hərəkətdə olan zaman onunla eyni hərəkət zolağında 6-7 metr irəlidə yolun sağ kənarı ilə hərəkət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Zontes” markalı motosikleti ötüb keçən zaman avtomobilin sağ yan hissəsi motosikletin sol hissəsi ilə toqquşmuş, nəticədə motosiklet aşmış və sürücü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 3 ildir ki, özünə məxsus Toyota Prado markalı, O1-BO-878 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 02.01.2022-ci il tarixdə saat 12 radələrində idarə etdiyi Toyota Prado markalı, O1-BO-878 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi ilə Vaz dairəsi istiqamətinə saatda 30-40 km sürətlə hərəkətdə olub, avtomobillə Ceyranbatan gölünün kənarı ilə Qafqaz Universiteti istiqamətində hərəkətdə olduğu zaman təxminən 6-7 metr məsafədə yolun sağ kənarı ilə onunla eyni zolaqda hərəkət edən Zontes markalı motosikleti görmüş və həmin motosikletin yanından ötmə əməliyyatı edən zaman avtomobilinin qabaq sağ qapısı Zontes markalı motosikletə toxunmuşdur. Bu zaman Zontes markalı motosikletin sonradan adını bildiyi sürücüsü Zərərçəkmiş şəxs yerə yıxılıb xəsarət almışdır. Həmin vaxt o, sürücünü avtomobilinə əyləşdirib, xəstəxanaya aparmışdır. Baş vermiş hadisə zamanı avtomaşınında sərnişin olmayıb, həmin vaxt o, spirtli içki qəbul etməmiş, avtomobili saz və yüksüz vəziyyətdə olmuşdur. O, Zontes markalı motosikletin sürücüsü Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Abşeron RPİ-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Abşeron RPİ-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 10.02.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 02.01.2022-ci il tarixdə saat 12 radələrində sürücü Şəxs idarə etdiyi X1 Prado markalı, Ol-BO-878 dövlət qeydiyyat nişanlı avtomobillə saatda 30-40 km sürətlə Abşeron rayonu, Xırdalan şəhəri, 120 dairəsi adlanan ərazidən iləsən Əliyev küçəsi ilə “Qafqaz Universiteti” istiqamətinə hərəkətdə olan zaman onunla eyni hərəkət zolağında 6-7 metr irəlidə yolun sağ kənarı ilə hərəkət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Zontes” markalı motosikleti ötüb keçən zaman avtomobilin sağ yan hissəsi motosikletin sol hissəsi ilə toqquşmuş, nəticədə motosiklet aşmış və sürücü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Göstərilənlər alınmış izahatlarda, məhkəmə-tibbi ekspertizasının və məhkəmə yol- nəqliyyat hadisələri ekspertizasının müvafiq rəylərində öz təsdiqini tapmışdır. Göründüyü kimi sürücü Şəxs əməlində cinayət tərkibi yoxdur. toplanmış material üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilməli, lakin Şəxs əməlində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti adiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir.Bundan əlavə “Zontes” markalı motosikletin sürücüsü Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasiətsini idarə etdiyinə görə və onun BC kateqoriyalı, AB 804352 seriya nömrəli sürücülük vəsiqəsi Sumqayıt şəhər Məhkəməsinin İş № 3(060)1404/2016 nömrəli iş üzrə 14.09.2016cı il tarixdən Zərərçəkmiş şəxs sürücülük hüququ məhdudlaşdırldığına baxmayaraq sonuncu nəqliyyat vasitəsini idarə etdiyinə görə hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti adiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməlidir.Həmçinin “Zontes” markalı motosikletin sürücüsü Zərərçəkmiş şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarial təsdiq istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 339.1 -ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti adiyyəti üzrə Abşeron RPİnin DYPŞ-nə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını və yüngülləşdirən halları nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-663/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-663/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver