Məhkəmə qərarları › İş №3(012)-666/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-666/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-666/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Saray PB polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə İmişli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Novxanı kəndində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Saray PB polis sahə rəisi, polis kapitanı X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində Abşeron rayonu, Novxanı kəndində xidmətdə olarkən Mitsubishi Pajero markalı **-PX-*** dövlət qeydiyyatlı avtomobili idarə edən Şəxs YPX əməkdaşları tərəfindən saxlanılarkən ictimai mühafizə qaydalarını yerinə yetirən polisə mane olmaqla, ona qarşı kobudluq etmiş, əl qol atmaqla onun qanuni tələbinə tabe olmamışdır. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin YPX inspektoru polis baş serjantı X3 tərəfindən verilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18.45 radələrində Abşeron rayonu, Novxanı kəndində xidmətdə olarkən Mitsubishi Pajero markalı **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol ayrıcı keçid qaydalarını pozduğu üçün tərəfindən saxla işarəsi verilmişdir. Sürücü ilk əvvəl saxla işarəsinə məhəl qoymadan hərəkətinə davam etmiş, o da təkrar səs gücləndirici vasitə ilə saxla işarəsi vermişdir. Təxminən 500-600 metr getdikdən sonra avtomobili saxlamışdır. O, yaxınlaşıb özünü təqdim etmiş və nə üçün saxla əmrinə tabe olmama səbəbini soruşmuşdur. Sürücü ona aqressiv halda “yaxşı eləyirəm saxlamıram neynəmişəm ki, saxlayım” cavabı verdi. O, sürücüyə inzibati xətanı izah etsə və sənədlərinin tələb etsə də sonuncu sənədlərini verməkdən imtina etmiş və yenidən yoluna davam etmişdir. Belə olan halda o, tək olduğu üçün köməyə PPX əməkdaşlarını çağırmışdır. Avtomobili idarə edən və yanında olan şəxs maşını zavodun həyətinə gizlətmiş və ona hədə qorxu gəlməklə, aqressiv davranmağa, yanındakı şəxs isə əl-qol ataraq fiziki güc tətbiq etməyə başlamış və onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa sürücünün yanındakı şəxs dəfələrlə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, PPXB-nin köməkliyi ilə həmin şəxsləri Saray Polis bölməsinə gətirmiş və həmin şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Bundan başqa iş materiallarında olan Abşeron RPİ PPXB-nin polis nəfərləri polis serjantları V.Cəbrayılov və E.Əliyev tərəfindən Abşeron rayon Polis İdarəsi Saray polis bölməsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən 19 radələrində Novxanıda 5718 nömrəli avtopatrulda xidmətdə olarkən YPX çağırışlı 636 nömrəli avtopatrul efir vasitəsilə Novxanı beton zavodunun qarşısına çağırılmış, təxminən 5-6 dəqiqə sonra deyilən yerə yaxınlaşmış, orada 2 nəfər şəxsin YPX inspektoru Qalib Mirzəyevə qarşı nalayiq ifadələr işlədərək güc tətbiq etməyə çalişdıqlarını görmüşlər. Onlar həmin şəxsləri nizam intizama dəvət etsə də, həmin şəxslər aqressiv hərəkətlərinə davam etməklə onların qanuni tələblərinə məhəl qoymadan intizamsız hərəkətlərinə davam edirdilər. Həmçinin mobil telefon vasitəsilə çəkiliş edərək YPX inspektoru Qalibə “gör sənin necə mələdəcəm” deyirdi. Həmin şəxslərin qarşısının alınması üçün onlar patrul avtomobilinə əyləşdirilərək Saray polis bölməsinə gətirilmişlər. Saray polis bölməsində həmin şəxslərin X1 və Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etdi və izahat verərək bildirdi ki, Fərdi əməklə məşğul olur. Etibarnamə ilə idarə etdiyi “Mitsubişi Pajero” markalı **-PX- *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobil YPX əməkdaşları tərəfindən saxla işarəsi verilsə də saxlamamış, YPX əməkdaşının onu təqib etdiyi gördükdə isə saxlamışdır. YPX əməkdaşı yaxınlaşıb özünü təqdim edib qayda pozuntusu etdiyini bildirsə də qardaşı əsəblərini cilovlaya bilməmişdir, daha sonra PPX əməkdaşları da oraya gəlmiş və onları nizam intizama dəvət etmişlər. O, çəkiliş aparsa da sonra silmiş və heç bir yerə göndərməmişdir. Sonda əməlindən peşman olmasını bildirdi və ailə vəziyyətinin nəzərə alınmasını, həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYPŞ-nin YPX inspektoru polis baş serjantı X3 raportla eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs əvvəl saxla işarəsinə məhəl qoymasa da , sonradan yəni nəqliyyat vasitəsini saxladığı andan kobud davranmaqla, çəkiliş aparmışdır. O, vətəndaşı nizam intizama dəvət etsə də sonuncu qanunsuz əməlindən dönməmişdir. O da məcbur olub hadisəylə bağlı Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə məlumat vermişdir. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan tutma qərarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 20:15 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 15 (on beş ) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə 20:15 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar