Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-667/2022 20.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Behbudova Aytac Aşura qızının katibliyi, barəsində protokol tərtib olunan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru Nümayəndə və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Tovuz rayonu, Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Yanıqlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsi İTŞ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru Nümayəndə tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru Nümayəndə bildirdi ki, Şəxs 09.02.2022-ci il tarixdə 21:00 radələrində Xırdalan şəhəri, Ş. Əfəndizadə küçəsində S. İbrahimovanı döyərək telefona video çəkiliş etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi nikah əlaqəsində olmuşdur. Sonradan ayrılmışlar. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs kafedə tanımadığı ikinəfər kişi ilə yeyib içdiyini görmüşdür. Lakin ona xəsarət yetirməmişdir. Sadəcə ara məsafəsi saxlayaraq söyüş söyərək təhqir etmiş və telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Lakin həmin video görüntüləri heç bir sosial şəbəkələrdə paylaşmamışdır. Ona görə də, barəsində cəza təyin olunmamasını xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdafiə etdiyi şəxsə cəza təyin olunmamasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Şəxsilə bir müddət bir yerdə yaşamışlar. Lakin sonradan ayılmışlar. Lakin Şəxsonu daima təqib edir, ahat yaşmağa qoymur. Hadisə baş verən gün tanışları iləkafedə olmuş, kafedən çıxarkən Şirzad ona yaxınlaşıb onunla mübahisə etməyə başlamış və əlindəki telefonla sifətinə, şillə və təpiklə zərbə vurmuşdur. Bu hadisəni telefona çəkiliş etmişdir və sosial şəbəkələrdə paylaşacağını demişdir. Səbəb odur ki, niyə kaefeye gedib otumuşdur. Çəkdiyi video görüntüləri telefonunda saxlayır. Hazırda Şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Buna görə də o, Şəxs barəsində inzibati tədbir görülməsin xahiş edir. İş materiallarına əlavə olunmuş 15 mart 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 15.02.2021-ci il tarixli 283 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ almacıq nahiyəsinin və sağ yanağın yuxarı yarısının sıyrığı, sağ saidin yuxarı-orta 1/3-nin ön bayır səthinin qançırı küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 09.02.2022-ci il tarixdə kənar şəxs tərəfindən sifətin sağ yarısına mobil telefonla vurma və sağ saidə əl ilə fiziki güc tətbiqi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri, zərərçəkmiş şəxsin izahatı və ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə Şəxs əməlindən peşman olmamasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almaqla hesab edir ki, ona həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 20 aprel 2022-ci il tarixdən, saat 16:15-dən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-667/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-667/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver