Məhkəmə qərarları › İş №3(012)-667/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-667/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-667/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, xx.xx.1977-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş yaşayış kompleksində “4a” saylı binanın 28-ci saylı mənzilində yaşayan Şəxs Şahmahud oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Şahmahud oğlunun Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron RPİ-in tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Mahmudov X4 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 27-ci məhəllə bina 4A ünvnaında yerləşən çox mərtəbəli yeni tikili binanın zirzəmi hissəsinin sökməsi nəticəsində Zərərçəkmiş şəxs 3409.73 manat məbləğdə maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Şahmahud oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3, 62.4 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə tərəflərin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin təhqiqatçısı X2 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs Şahmahud oğlunun müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materialın qərarla birlikdə aidiyyəti üzrə Abşeron RPl-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Abşeron RPİ-nin İTŞ-in xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şahmahud oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü qərarından görünür ki, tam, obyektiv və hərtərəfli yoxlama aparılmadığına, bir sıra zəruri xüsusatlar araşdırılmadığına və toplanmış sübutlara düzgün hüquqi qiymət verilmədiyinə görə X3 müraciəti əsasında Abşeron RPİnin TŞ-də toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunmasına dair təhqiqatçısı X1 xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və əlavə yoxlama aparılması üçün Abşeron RPİ-nin təhqiqat şöbəsinə göndərilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahmahud oğlu barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə protokolun tərtib edilməsinə, Abşeron RPİ-nin TŞ-in təhqiqatçısı X5 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərar əsas olmuşdur. Hansı ki, X3 müraciəti əsasında Abşeron RPİ-in TŞ-də toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmadığına, bir sıra zəruri xüsusatlar araşdırılmadığına və toplanmış sübutlara düzgün hüquqi qiymət verilmədiyinə görə cinayət işinin başlanmasının rədd olunmasına dair sözügedən xx.xx.2023-cü il tarixli qərar Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və əlavə yoxlama aparılması üçün Abşeron RPİ-nin təhqiqat şöbəsinə göndərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs Şahmahud oğlunun barəsində inzibati icraatın başlanmasına əsas olmuş təhqiqat orqanının xx.xx.2023-cü il tarixli qərarı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv olunmaqla qüvvədə olmadığına və qanuni əsaslar olmadığı üçün o, inzibati qaydada təqsirli bilinərək tənbeh edilə bilməz, əməlində inzibati xəta tərkibi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şahmahud oğlu barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə başlanmış inzibati icraata həmin əsasla xitam verilməli olduğundan isə, inzibati icraat üzrə əlavə araşdırma aparılması üçün əsaslar qalmır, həmin xüsusatlar ibtidai araşdırma orqanı tərəfindən yoxlanılaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128ci maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Şahmahud oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar