Məhkəmə qərarları › İş №3(012)-67/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-67/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-67/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkili: 04 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul etməklə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12) rəisi X6 tərəfindən onun barəsində guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 44 və 114.1-ci maddəsiləri ilə inzibati xəta haqqında cərimə qərarı qəbul edilmişdir. Guya Abşeron rayon Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən “Qurtuluş” yaşayış kompleksi ilə üzbəüz yerləşən mərmər istehsalı sexində “istehsalat tullantılarının qalaqlanması” və bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələbinin pozması əsası ilə barəsində 03 mart 2023-cü il tarixli MN1289958 saylı inzibati xəta haqqında qərar qəbul olunmuşdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarını tamamilə əsassız və qeyri-obyektiv hesab edir, inzibati xəta haqqında qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmişdir. Belə ki həmin tullantı adlandırqları, qalaqlandığı bildirilən və təmizlənməsi tələb edilən qırıntılar mərmər sexində tökmə mərmər hazırlanması üçün xammaldır, onun tələb olunan qaydada harasa daşımaq və yenidən istehsalata qaytarmaq həm iqtisadi baxımdan, həm də vaxt baxımından əlverişsizdir. Yəni qalaqlandığı göstərilən mallar əslində tullantı deyil, təkrar istehsal üçün nəzərdə tutulmuş və hazırlanmış xammaldır. Hazırki inzibati cərimə qərarında guya onun qeyd olunan inzibati xətanı törətməsi qeyd olunmuş, lakin həmin orqan qanunvericiliyin prosessual tələbinə əməl etməyərək, fəaliyyət yeri bəlli olduğu halda tərtib edilən protokolu ona təqdim etməmişdir. İnzibati cərimə qərarı tətbiq edən orqan qanunun tələbini heç saymış, onun konstitusion hüquqlarımı pozmuşdur. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın əməkdaşları onu protokola baxılaraq müvafiq qərar qəbul edilməsi üçün vaxt və yer bildirməklə inzibati orqana dəvət etməkdənsə, inzibati araşdırma aparmadan barəsində inzibati tənbeh vermə haqqından qərar qəbul edilmişlər. O, qərarın mövcudluğundan həmin qərarın icra edilməsi üçün göndərildiyi icra məmurundan xəbər tutmuş, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gedərək qərarın surətini tələb etdikdən sonra ona həmin qərar təqdim edilmiş və o, həmin qərarın göndərilməsi barədə məktubun surətinin üzərinə “xx.xx.2023-cü il tarixdə qəbul etdi” yazaraq imza etmişdir. Qərarın surətini əldə etdikdən sonra dərhal həmin qərarın qanunsuz olmasına və ləğvinə dair məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarı almağına dair sənəd təqdim olunmaması və müddətin bərpasına dair ərizə əlavə edilməməsi əsasından geri qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət vermiş X3 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Abdullah Qubadi sahibakarlıq fəaliyyəti ilə məşğul olur. (VÖEN-nin surəti əlavə olunur). Sözügedən Aberon rayonu Masazır kəndində yerləşən mərmər sexinin ərazisi olan 0.1184 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bundan başqa o, həmin qərarda qeyd olunan “yaşayış kompeksi ilə üzbəüz ərazidə mərmər sexində istehsalat tullantılarının qalaqlanması” ittihamının tamamilə əsassız olmasına dair ərazinin foto-şəkillərini əlavə edir. Orada yaşayış kompleksi yoxdur, o və başqa bir aqlay sexinin ərazisidir, burada torpaq yol vardır ki, orada dalandır, gediş-gəliş yolu deyil. Şəkildə də göründüyü kimi, orada hər hansı bir tullantı olmamışdır, nəinki həmin tullantının qalaqlanması. Orada onlar qısa müddətə xammal yığırlar sonra onu ya özləri istehsalatda işlədir, ya da digər təşklatlara satırlar. (Foto -şəkililər əlavə olunur). Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh oğlunun izahat verərək bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, X5 tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Qurtuluş” Yaşayış Kompleksi ilə üzbəüz ərazidə yerləşən mərmər sexində “istehsalat tullantılarının” qalaqlanması nəticəsində ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadığından xx.xx.2023-cü il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İstehsalat tullantılarının qalaqlanması faktı X3 vəkili tərəfindən təqdim olunmuş, həmçinin protokol tərtib edilən vaxt çəkilmiş fotoşəkillərlə açıqaşkar sübuta yetirilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə şikayətinin təmin edilməməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Qurtuluş” Yaşayış Kompleksi ilə üzbəüz ərazidə mərmər sexində istehsalat tullantılarının qalaqlanması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində vəzifəli şəxs qismində 2000 (iki min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Fotoşəkillərdən də görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Qurtuluş” Yaşayış Kompleksi ilə üzbəüz ərazidə yerləşən mərmər sexində istehsalat tullantılarının qalaqlanması faktı öz təsdini tapır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 fevral 2023-cü il tarixli, inzibati xətalar haqqında işlər üzrə bildirişindən görünür ki, X2 rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Qurtuluş” Yaşayış Kompleksi ilə üzbəüz ərazidə yerləşən mərmər sexində formalaşan tullantıların qalaqlanması faktı ilə əlaqədar başlanmış inzibati araşdırma üzrə xx.xx.2023-cü il tarixdə saat 11:00-da İdarəyə çağırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 6-BM/4323-119 nömrəli məktubundan görünür ki, X5 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı məcburi icraya yönəldilmişdir. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlandığı məlumata əsasən o, işlədiyi sexin hasarının kənarında mərmər istehsalat tullantıları yığmış, nəticədə həmin tullantılar qalaqlanmışdır. Yaxın zamanda qalaqlanmış tullantıların ərazidən təmizlənməsinə dair söz vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayət vermiş şəxsin vəkilini və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin bəndlərində göstərilmişdir ki:

1. İstehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır.

2. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər.

3. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir.

4. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

5. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 12-ci maddəsində göstərilmişdir ki: istehsalat tullantıları dedikdə istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; məişət tullantıları (bərk məişət tullantıları) dedikdə isə əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar başa düşülür. Məhkəmə araşdırması zamanı X3 fəaliyyət göstərdiyi sexin yanında həqiqətən də istehsalat tullantılarının qalaqlanması fotoşəkillərlə bir daha öz təsdiqini tapmış, nəticədə sonuncunun şikaytətinin əsassız olduğu müəyyən edilmişdir. Şikayətçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında əlavə olaraq verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin sahibakarlıq fəaliyyəti ilə məşğul olmasını, Aberon rayonu Masazır kəndində yerləşən sözügedən mərmər sexinin ərazisi olan 01184 ha torpaq sahəsinin A.M.Qubadinin xüsusi mülkiyyətində olmasını və qeyd olunan “yaşayış kompeksi ilə üzbəüz ərazidə mərmər sexində istehsalat tullantılarının qalaqlanması” ittihamının tamamilə əsassız olduğunu bildirsə də, məhkəmə prosesində istehsalat tullantılarının şikayətçiyə məxsus torpaq sahəsində deyil, hasardan çöldə qalaqlandığı aşkar edilmişdir. Bundan başqa mübahisələndirilən digər məsələ ilə bağlı isə şikayətçiyə barəsində araşdırılacaq inzibati araşdırmanın vaxtı və yeri barədə məlumat verilməsi həm məhkəməyə təqdim edilən sənədlərin surətləri ilə, həm də qalaqlanmış tullantıların ərazidən təmizlənməsinə dair şikayətçinin özünün yazdığı ərizə ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Belə olan halda məhkəmə şikayət ərizəsində göstərilən dəlillərlə razılaşmayaraq, hesab edir ki, inzibati orqan tərəfindən bütün zəruri tədbirlər görülmüş və sonda aparılmış araşdırmaya düzgün hüquqi qiymət verilmişdir. Odur ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar