Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-672/2025 10.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X4 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: X3 iştirakları ilə xx.xx.1985-ci ildə Şamaxı rayonda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Göylər Ərazi Dairəsi, Göylər kəndində qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Abşeron rayon Polis İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Vasif İsmayılov izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 20:50 radələrində bir traktor və iki yük maşınının iştirakı ilə qanunsuz olaraq torpağın üst qatının qaşınıb kamazlara yığıldığı müəyyən edilmiş, həmin hərəkətlərinə son qoyulması tələb edildikdə, həmin şəxslər polisin qanuni tələblərini yerinə yetirməyərək oradan uzaqlaşmağa çalışmış, bölməyə dəvət edilərkən yük maşınını polislərin üzərinə sürmüşdür. Hadisə iştirakçılarından yalnız barəsində protokol tərtib ediliş X1 mümkün olmuş, digərlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Baxış Rəsulov barəsində tərtib edilmiş inzibati xəta ilə bağlı özünü qismən təqsirli bilir. Belə ki, protokolda qeyd edildiyi və polis əməkdaşının bildirdiyi kimi, həmin ünvanda yük maşını ilə torpaq daşımaq məqsədi ilə olmuş, polis əməkdaşları ona yaxınlaşarkən məsuliyyətindən qorxaraq oradan uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşlarına qarşı hər hansı bir qanunsuz hərəkətə yol verməmiş, həmçinin ictimai qaydaları pozmamışdır. Lakin bilir ki, etdikləri düzgün deyildir. Həmin ərazidən tək o deyil başqa şəxslər də torpaq daşıyıb satmaqla mənfət əldə edirlər. Elə o, da tanışlarından bu barədə məlumat aldıqdan sonra işsiz olduğu üçün ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Hazırda əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olması, inzibati xətaya və cinayət məsuliyyətinə əvvəllər cəlb olunmadığını bildirməklə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati qaydada tutma haqqında” 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, X3 azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 21:55-dən məhdudlaşdırılmışdır.
2. İnzibati xəta haqqında 08 mart 2025-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, X2 rayonu ərazisində yerləşən X8 DYP əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır.
3. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, X3 himayəsində 01 aprel 2011-ci il təvəllüdlü X9, 20 avqust 2013-cü il təvəllüdlü X10 və 21 sentyabr 2014-cü il təvəllüdlü X11 adlı uşaqları vardır.
Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. “Polis haqqında” Qanunun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ-ci hissəsinin 1-ci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən Baxış Rəsulovun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və himayəsində azyaşlı uşaqlarının olması onun yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə Baxış Rəsulov barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlindın peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün olduğundan onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs X7 məhkəmə zalından dərhal azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər
Sədrlik edən Abusət Qasımov