Məhkəmə qərarları › İş №3(012)-676/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-676/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-676/2023 04.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00100-00859/23 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Mobil Gömrük” şöbəsindən daxil olmuş 34/015/007881 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən xx.xx.2023-cü il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə etmiş ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına təyinat almış 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanında yerləşən anbara təyinat almış, xx.xx.2023-cü il tarixdə çatması Şəxs MMC tərəfindən təsdiqlənmişdir. 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirmək məqsədilə Mobil gömrük şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə saat 11:30-da Şəxs MMC-nin Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı şossesi) ünvanında yerləşən anbara baxış keçirilmiş və 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin təyinat anbarında olmadığı faktı aşkar edilmiş və protokol tərtib olunmuşdur. İş üzrə “Gömrük Xidmətinin X1 sistemi” baxış keçirilərək müəyyən edilmişdir ki, 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2023-cü il tarixdə saat 08:52 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda **********00539 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat kodu həmin post tərəfindən verilmiş, həmin nəqliyyat vasitəsində gətirilən yüklər xx.xx.2023-cü il tarixdə saat 08:54 radələrində təyinatı Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı şossesi) ünvanı göstərilən anbar olmaqla Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda qeydiyyata alınaraq **********06867 nömrəli malın qeydiyyat kodu həmin postda verilmiş, 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə saat 09:20 radələrində həmin postun ərazisindən buraxılaraq Azərbaycan Respublikasına daxil olmuş və xx.xx.2023-cü il tarixdə saat 10:19 radələrində çatması Şəxs MMC tərəfindən təsdiq olunmuşdur. Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitəsi məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamış və müəyyən olunmuş yerə çatmadığı halda Dövlət Gömrük Komitəsinin X1 Sistemi İnformasiya resursunda çatmasını təsdiq edərək gömrük orqanına təhrif olunmuş məlumat vermişdir. Buna görə də, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00100-00859/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsi Mobil Gömrük Şöbəsinin rəisi, gömrük xidməti polkovnikleytenantı Əli Niftəliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə etmiş ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına təyinat almış 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitələri Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanında yerləşən anbara təyinat almış, xx.xx.2023-cü il tarixdə çatması Şəxs MMC tərəfindən təsdiqlənmişdir. 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə baxış keçirmək məqsədilə Mobil gömrük şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə saat 11:30-da Şəxs MMC-nin Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı şossesi) ünvanında yerləşən anbara baxış keçirilmiş və yuxarıda qeyd edilən nəqliyyat vasitələrinin təyinat anbarında olmadığı faktı aşkar edilmiş və protokol tərtib olunmuşdur. Malların və nəqliyyat vasitəsinin yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Mobil gömrük şöbəsinin baş inspektoru X3 qəsəbəsində yerləşən Şəxs MMC-yə məxsus anbarda 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin çatmadığını aşkarlamış və qeyd olunan nəqliyyat vasitəsinin çatmadığını Şəxs MMC-nin səlahiyyətli şəxsi Qaybalıyev Aydın təsdiqləmişdir. xx.xx.2023-cü il tarixli **********04626 nömrəli gömrük bəyannaməsindən görünür ki, mal göndərən ixracatçı “AY EYÇ Pİ APPLAENSES SEYLS”, mal qəbul edən - idxalatçı Şəxs MMC-nin ünvanına **********4626 nömrəli gömrük bəyannaməsi əsasında 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində soyuducular idxal edilmişdir. Gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixdə Şəxs MMC və "xxxx" MMC arasında bağlanmış 13/21 nömrəli xx.xx.2021-ci tarixli müqavilə əsasında təsdiq edilmişdir. Şəxs MMC-nin mağazaların idarə edilməsi üzrə satış meneceri X2 Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisinə verdiyi xx.xx.2023cü il tarixli izahatından görünür ki, o, 27AC692/27ZA215 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin çatmasını sistem üzərində səhv olaraq vurmuş, belə ki, həmin tarixdə şirkətin ünvanına 7 maşında yüklər daxil olmuş və həmin nəqliyyat vasitələrinin nömrələri oxşar olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 131.1-ci maddəsinə əsasən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı, nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları, nəqliyyat vasitəsinin heyəti və sərnişinləri, təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük, mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük, nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM- nin 32 və 33cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar