Məhkəmə qərarları › İş №3(012)-677/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-677/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-677/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 aprel 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Bakı Bas Gömrük İdarəsinin “Mobil Gömrük” şöbəsindən daxil olmuş 34/015/007592 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən xx.xx.2023-cü il tarixdə Şimal Ərazi Bas Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə “Yasıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə etmiş ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına təyinat almış 99HK337/99ZB337 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Abşeron rayonu, Xırdalan səhəri, Şamaxı şossesi ünvanında yerləşən anbara təyinat almış, xx.xx.2023-cü il tarixdə çatması "xxxx" MMC tərəfindən təsdiqlənmişdir. 99HK337/99ZB337 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirmək məqsədilə Mobil gömrük şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə saat 17:22-də "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan səhəri, Şamaxı şossesi ünvanında yerləşən anbara baxış keçirilmiş və 99HK337/99ZB337 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin təyinat anbarında olmadığı faktı aşkar edilmiş və protokol tərtib olunmuşdur. İs üzrə “Gömrük Xidmətinin X1 Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, 99HK337/99ZB337 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün xx.xx.2023-cü il tarixdə saat 14:08 radələrində Şimal Ərazi Bas Gömrük İdarəsinin “Samur” gömrük postunda **********01274 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat kodu həmin post tərəfindən verilmiş, həmin nəqliyyat vasitəsində gətirilən yüklər xx.xx.2023-cü il tarixdə saat 14:09 radələrində təyinatı Abşeron rayonu, Xırdalan səhəri, Şamaxı şossesi ünvanı göstərilən anbar olmaqla Şimal Ərazi Bas Gömrük İdarəsinin “Samur” gömrük postunda qeydiyyata alınaraq **********06116 nömrəli malın qeydiyyat kodu həmin postda verilmiş, 99HK337/99ZB337 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə saat 14:16 radələrində həmin postun ərazisindən buraxılaraq Azərbaycan Respublikasına daxil olmuş və xx.xx.2023-cü il tarixdə saat 14:29 radələrində çatması "xxxx" MMC tərəfindən təsdiq olunmuşdur. Belə ki, Bakı Bas Gömrük İdarəsinin “Mobil Gömrük” şöbəsindən daxil olmuş 34/015/007592 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən "xxxx" MMC tərəfindən mallar və nəqliyyat vasitəsi məlumatda göstərilən verə müəyyən edilmiş vaxtda çatdırılmamışdır və müəyyən olunmuş verə çatmadığı halda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunda çatmasını təsdiq edərək gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Qeyd olunan faktla baqlı izahat alınması üçün "ESTOS11 MMC-nin ünvanına səlahiyyətli nümayəndənin dəvət edilməsi ilə bağlı 1400-013/0xx-xx/002987 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, həmçinin "xxxx" MMC-nin nümayəndəsi olan +**********12 telefon nömrəsi ilə əlaqə saxlanılmış, lakin heç bir üzürlü səbəb göstərmədən və məlumat nümayəndə vermədən gəlməmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən AR İXMnin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın Abşeron rayonu, Xırdalan səhəri, Şamaxı sossesi ünvanında törədilməsi sübuta yetirilmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə iclasına barəsində protokol tərtib olunan hüquqi şəxsin nümayəndəsi X3 inzibati xətanın olmasını qəbul etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi inzibati məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Gömrük prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 34/012/029991 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına 99UP545/99ZJ545 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş yüklər **********8457 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Yoxalama zamanı qısa idxal bəyannaməsində və barkodda uyğunsuzluq aşkar edilmişdir. Aşkar olunan uyğunsuzluğa görə idxal və qısa idxal bəyannaməsində, həmçinin malın barkodunda invoys dəyərinin məbləği 5788.80 ABŞ dolları göstərildiyi halda invoys sənədlərində qeyd olunan məbləğlərin cəmi 19913.80 ABŞ dolları təşkil edir.İş üzrə “Gömrük Xidmətinin X1 Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına xx.xx.2022-ci il tarixdə saat 20:42 radələrində 99UP545/99ZJ545 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********2270 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilməzdən əvvəl, yəni xx.xx.2022-ci il tarixdə saat 16:51 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Həmçinin, **********8457 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 19913.80 ABŞ dolları qeyd edilmişdir, lakin **********2270 sorğu nömrəli xx.xx.2022-ci il tarix qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 5788.80 ABŞ dolları qeyd edilmişdir. Bununla da **********8457 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 22-ci qrafası ilə **********2270 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafası arasında uyğunsuzluq yaranmışdır. Bakı Baş Gömrük İdarəsində **********8457 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir, **********8457 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair **********2270 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2022-ci il tarixdə saat 16:51 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir, ixracatçı şirkət mallara dair müvafiq sənədləri tam və vaxtında göndərməmişdir, göndərilən mallara dair müvafiq sənədlərin bir hissəsini əvvəldən göndərmişdir və biz də həmin sənədləri bəyannaməçiyə göndərmişik ki, qısa idxal bəyannaməsini tərtib etsin, qısa idxal bəyannaməsinin 22-ci qrafası ilə Gömrük bəyannaməsinin 22-ci qrafasında arasında yaranan uyğunsuzluqla bağlı bəyannaməçinin heç bir təqsiri yoxdur, çünki bizim verdiyimiz sənədlər əsasında qısa idxal bəyannaməsini bəyannaməçi düzgün olaraq tərtib etmişdir, gömrük qanunvericiliyini bilərəkdən pozulmamışdır, ixracatçı şirkətin göndərilən mallara dair sənədləri tam və vaxtında göndərmədiyi üçün gömrük qanunvericiliyi pozulmuşdur. Beləliklə, "xxxx" MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş materiallarında olan sübutları və hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraqməhkəmə, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar