Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-677/2024 06.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X3 iclas katibliyi, Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu, Qaradolaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Qaradolaq kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Qarabağlar küçəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qarabağlar küçəsində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə zamanı arvadı X4 döymüşdür. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X9 izahat verərək bildirdi ki, 29 mart 2024-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qarabağlar küçəsində yaşadıqları evdə X6 ilə əri Şəxs arasında qısqanclıq zəmində baş vermiş mübahisə zamanı, Şəxs arvadı X2 bədəninin müxtəlif nahiyələrinə vuraraq, sol bazunun orta 1/3-nin tiş səthinin dəri səviyyəli səthi yarası, başın sağ gicgah nahiyəsinin hematoması, sol saidin yuxarı 1/3-nin ön səthinin, 1 ədəd sol əlin üst səthin 1 ədəd qançırları, boyunun yuxarı 1/3-nin sağ yan səthinin 2 ədəd sıyrıqları küt əşya təsirindən törənən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döymüşdür. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2024-cü il tarixli qərarına əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi inzibati qaydada tutmamış və onu idarəyə dəvət etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 88.2-ci maddəsinə əsasən inzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilir: 90.1.1. protokolun tərtib edildiyi tarix və yer; 90.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı; 90.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat; 90.1.4. tutmanın vaxtı və səbəbləri. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis müşayiəti ilə məhkəmə iclasına gətirilmiş, lakin protokolu tərtib etmiş şəxs Şəxs inzibati qaydada tutmamış və bu barədə müvafiq qaydada protokol tərtib etməmişdir. Həmçinin cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yenidən izahatını almamışdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X9 tərəfindən tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublkası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-677/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-677/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver