Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-679/2020 21.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, X1nun və Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-in xx.xx.2019-cu il tarixli, EQ ******* saylı qərarından X3 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in BDYPİ-in onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tənbeh edilərək 10 manat məbləğində cərimə edilməsinə dair EQ ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhər Binəqədi rayon Pİ-in DYPŞ-in əməkdaşları tərəfindən ehtibarnamə ilə idarə etdiyi avtomobil saxlanılaraq, cərimə meydançasına yerləşdirilmişdir. Sonradan ona İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən barəsində sürücülük vəsiqəsində müvafiq B kateqoriyası olmadığına görə, Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən heç bir xəbərdarlıq və ya bildiriş göndərilmədən xx.xx.2019-cu il tarixdə qüvvəyə minən EQ ******* saylı qərar qəbul edilmişdir. 070 *** ** ** saylı mobil nömrə əvvəllər onun istifadəsində olmuş, sonradan mobil nömrəsini dəyişmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən xx.xx.2019-cu ildə qəbul edilmiş EQ ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X6 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Azərbaycan Respublikası DİN-in BDYPİ-in inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, etibarnamə əsasında X3 idarə etdiyi “VAZ-2109” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş sürət həddini aşmasına görə xx.xx.2019-cu il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tənbeh edilərək 10 manat məbləğində cərimə edilmişdir. Bu barədə X3 istifadəsində olan 070 *** ** ** saylı mobil telefonuna SMS bildiriş və inzibati tənbeh edilməsi barədə məlumatlar ötürülmüşdür. Sonuncunun qanunla müəyyən edilmiş qaydada barəsində tərtib edilmiş protokoldan və həmin protokol əsasında qəbul edilmiş qərardan məlumatı olmuşdur. Şikayət əsassız olduğu üçün təmin edilməməsini xahiş edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, EQ ******* saylı qərarın surətindən görünür ki, “VAZ2109” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolda təyin edilmiş sürət həddini aşdığına görə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib, 10 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-in xx.xx.2019-cu il tarixli, EQ ******* razı olmadığını bildirsədə Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsinin məhkəməyə təqdim etdiyi RDYPİ-nin X7 çıxarışından görünür ki, “VAZ2109” markalı, **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolda təyin edilmiş sürət həddini aşmasına görə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib, 10 manat inzibati cərimə edilmişdir. Eyni zamanda tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş qərar barədə avtomobili etibarnamə əsasında idarə edən X4 məxsus mobil telefonuna SMS bildiriş və qərar barədə məlumat göndərilmişdir. Məhkəmədə müəyyən edimişdir ki, X6 istifadəsində olan 070 *** ** ** saylı mobil nömrəni sonradan dəyişmiş və bu barədə məlumat verməmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-in X3 Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş EQ ******* saylı qərar qanuni və əsaslıdır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib, 10 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-in EQ ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-in EQ ******* saylı qərardan X3 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-679/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-679/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver