Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-68/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Polisi İdarəsi tərəfindən qəbul edilmiş barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, Abşeron rayon DYP-nin əməkdaşları tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli, TP ******* saylı Qərarla yazılmış 400 (dörd yüz) manat cərimə borcunun ləğv edilməsi və inzibati Xəta Haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Elfay Cəfərov şikayəti müdafiə edib, şikayətdə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, o, 01 yanvar 2024-cü il tarixdə saat 14:15 radələrində mülkiyyətində olan “VAZ- 21074” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Saray təzə yol (VAZ dairəsi) deyilən ərazində hərəkət edərkən, X8 Polis xidmətinin əməkdaşı onu saxlayaraq avtomobilə yaxınlaşdı. Avtomabildə ailəsi olduğu üçün o, maşından düşüb əməkdaşlara yaxınlaşmışdır. Ondan ad, soyad və sənədlərinin təqdim olunması bildirilmiş, həmin sənədlərə kompyuter vasitəsi ilə sistemlə baxış keçirildikdən sonra onun üzünə baxaraq, sən içkilisən deyərək avtopatrul maşınına əyləşdirişlər. Polis əməkdaşı ona avtomobilin içində uca səslə ona təkrar-təkrar “mən içkiliyəm sözünü de, mən səni buraxacam gedəssən” deyə ifadələr işlətmişdir. O, polis əməkdaşı ilə razılaşmamış və bildirmişdir ki, o, içkili deyil. Uzun müddət davam edən mübahisədən sonra polis əməkdaşı avtomabildə olan “alkotestr” aparatı vasitəsi ilə onu ən azından 10-15 dəfə nəfəs verdirərək, içkili olub-olmamasını yoxlamış, lakin o, içkili olmadığından heç bir nəticə əldə edə bilməmişdir. Polis əməkdaşı ona avtomabilində “konstruksiya” dəyişikliyi var, bu səbəbdən cərimə meydançasına getməlidir deyib, nəqliyyat vasitəsini cərimə meydançasına yerləşdirmişlər. O, polis əməkdaşlarından ayrılaraq taksiyə əyləşib mayinə olumaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Xəstəxanasına gəlmiş və xx.xx.2024-cü il tarixdə saat 14:51-də “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi” həkim müayinəsindən keçərək, içkili olmamasına dair 2195 nömrəli protokol əldə etmişdir. xx.xx.2024-cü il tarixdə onun telefonuna AR İXM-nin 333.1-ci maddəsini tətbiq edərək, TP ******* saylı qərarla 400 (dörd yüz) manat cərimə borcu yazılmasına dair SMS gəlmişdir. Qeyd edir ki, burda inzibati xətanın əlamətləri yoxdur, o, sərxoş vəziyyətdə olmamış və ona qanunsuz olaraq sərxoş vəziyyətdə olmağı haqda inzibati protokol tərtib edilmişdir. Hesab edir ki, tərtib edilmiş TP ******* saylı qərar qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Polisi İdarəsi nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 həmin tarixdə, saat 14:15 radələrində Saray Təzə yolunda idarə etdiyi “Vaz 21074” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Polisi İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 nəqliyyat vasitəsini alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2/95 saylı sərxoşluğun vəziyyəti təyin edən tibbi müayinə aktından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X2 01 noyabr 2024-cü ildə ayıq vəziyyətdə olması müəyyən olunmuşdur. Məhkəmə şikayəti və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırılması zamanı Elfay Cəfərovun xx.xx.2024-cü il tarixdə Saray yolunda idarə etdiyi “Vaz 21074” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə saxlanılmış, saxlanıldıqdan sonra onun avtomobili sərxoş halda idarə etdiyi aşkar olunmuşdur. Sonuncunun sərxoş olubolmaması yoxlanılmış və onda alkoqol əlamətlərinin olması müəyyən edilmişdir. Lakin o, tərtib edilmiş protokolla razılaşmayaraq içkili olmadığını dəfələrlə bildirməsinə baxmayaraq onun dediklərinə əhəmiyyət verilməmiş, DYP əməkdaşı tərəfindən tibbi müainəyə aparılmamışdır. Elfay Cəfərov barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən təxminən 30 dəqiqə sonra özü könüllü olaraq həkimə müraciət etmiş və həkim rəyinə əsasən onun sərxoş olmaması müəyyən edilmişdir. (0,100%). Qanunvericiliyin tələbinə əsasən Elfay Cəfərovun əməlində yalnız o halda inzibati məsuliyyət yaranır ki, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş olsun. Bundan başqa, səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində “Vaz 21074” minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X3 tərəfindən sərxoş halda idarə edilməsini təsdiq edən sərxoşluğun vəziyyətinin müəyyən edilməsinə dair keçirilmiş tibbi müayinə aktı və ya onun sərxoş olmasını göstərən xüusi texniki vasitənin göstəricisi, habelə hadisə zamanı qeydə alınmış videogörüntülər və barəsində inzibati iş üzrə icraat şəxsin izahatı məhkəməyə təqdim olunmamışdır. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, bundan başqa hadisənin baş vermə vaxtı ilə həkimin qəbul edilmiş rəyinin saatı arasında əhəmiyyətli dərəcədə fərq olduğundan X2 xx.xx.2024cü il tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsini şübhə altına salır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə bu hallara münasibətdə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən sonuncunun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, həmçninin xətanın həqiqətən də baş verib-verməməsinin müəyyən edilməsi məhkəmə araşdırması zamanı mümkün olmadığından qərar ləğv edilməli və şikayətdə qeyd edilənlər yenidən ətraflı araşdırılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X8 Polisi İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-68/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-68/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver