Məhkəmə qərarları › İş №3(012)-68/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-68/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-68/2025 14.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X23 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X7, X1 iştirakları ilə, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X15 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron Xızı Regional şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq "xxxx" MMC-nin direktoru X16 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat inzibati cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında qərar xx.xx.2024-cü il tarixdə X12 göndərilmişdir. X13 xx.xx.2023- CÜ İl tarixdən xx.xx.2024-CÜ il tarixədək "xxxx" MMC-yə xidməti müqavilə əsasında hüquqi xidmət göstərmişdir. Belə ki, X13 "xxxx" MMC-yə müraciət edərək xidməti müqavilə əsasında hüquqi xidmət göstərməyi təklif etmiş və hüquqi xidmət müqaviləsinin bağlanılmasını məhz özü təkid etmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən 2023cü ilin iyul ayında aylıq xidmət haqqı 500 manat olmaqla xidməti müqavilə imzalanmış, xx.xx.2023-cü il tarixli yeni hüquqi xidmət müqaviləsinə əsasən isə əvvəlki müqavilə qüvvədən düşmüş və 01.01,2024-cü il tarixdən etibarən xidmət haqqı 1000 manat müəyyən edilmişdir. Müqaviləyə xitam verilməzdən əvvəl X13 müəssisənin məsul əməkdaşına bildirmişdir ki, onda müqavilənin əsli qalmayıb, ona müqavilələrin müəssisədə qalan əslini surət çıxarması üçün istəmiş, lakin sonradan götürdüyü müqavilələrin əslini müəssisəyə qaytarmamışdır. Müəssisədə xx.xx.2023-cü il tarixli hüquqi xidmət müqaviləsinin kserosurəti qalmışdır və həmin sənəd hazırki etiraza əlavə olunmuşdur. Xidməti müqavilə olduğu üçün X2 iş rejimi müəyyən edilməmiş, o, xidmətləri bəzi hallarda müəssisəyə gələrək, əksər hallarda isə müəssisədən kənarda icra etmiş, yəni tərəflər arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Xidmət göstərdiyi dövrdə ona ümumilikdə 14071 (on dörd min yetmiş bir) manat xidmət haqqı ödənilmişdir. Kassa məxaric orderləri də vardır. X5 xx.xx.2024-cü il tarixdə öz xətti ilə "xxxx" MMC-nin direktoru Məmmədov Azərə ünvanladığı məktubda tərəflər arasında olan xidməti müqavilə üzrə bütün xidmət haqqlarının ona tam ödənildiyini, şirkətin ona heç bir borcunun qalmadığını və şirkətə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. X13 ali təhsilli hüquqşünasdır, özü öz iradəsi ilə xidməti müqavilə bağlamış və öz xətti ilə yazdığı məktubda da bu xüsusatları təsdiq etmişdir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01/Ş nömrəli əmri ilə təsdiq olunmuş ştat cədvəlində “hüquqşünas” ştatı ümumiyyətlə olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndində mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən münasibətlər konkret göstərilmişdir. X13 ilə "xxxx" MMC arasında olan münasibətlər həmin maddədə sadalananların heç birinə aid deyil. Hətta 2-3.4-cü bənddə göstərilir ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda bu əmək münasibətləri hesab olunur. Lakin "xxxx" MMC-nin əsas fəaliyyəti hüquq sahəsinə aid xidmətlər deyil, tikinti materiallarının istehsalıdır. X3 ilə "xxxx" MMC arasında əmək münasibətləri deyil, mülki hüquqi münasibətlər mövcud olmuşdur. Göründüyü kimi "xxxx" MMC-nin direktoru tərəfindən inzibati xəta törədilməmişdir və bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. inzibati xəta haqqında qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şkayətçi X16 şikayəti müdafiə edərək, şikayətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X14 prokrorluğun qərarı əsasında protokol tərtib olunduğunu bildirmiş, şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X8 izahatında MMC-nin əvvəl ştat vahidində hüququşünas ştatının olmadığını bildirmişdir. İş materiallarında olan X15 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin direktoru, vəzifəli şəxs X6 Kamil Hikmət oğlunun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə təsdiqlənmiş ştat cədvəlindən görünür ki, hüquqşünas ştatı yoxdur. İş materiallarında olan X13 tərəfindən Evro İnşaat” MMC-nin direktoru X12 yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC ilə aralarında bağladığı xidməti müqaviləyə əsasən xidmət haqqı üzrə ona tam ödənişlər olmuşdur. "xxxx" MMC-nin ona heç bir borcu qalmamışdır. Onun "xxxx" MMC-yə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Hüquqi Xidmət Müqaviləsi”-ndən görünür ki, "xxxx" MMC-nin direktoru X16 ilə X13 arasında hüquqi xidmət müqaviləsi bağlanmışdır. İş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, X11 xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.202307.12.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2023-cü il tarixlərində ödənişlər olunmuşdur. İş materiallarında olan X13 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə yazdığı xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də hüquqşünas vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. Bu dövrlə bağlı heç bir şikayət və tələbi yoxdur. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən rəhbərin dəvəti ilə yenidən "xxxx" MMC-yə hüquqşünas vəzifəsində işləmək üçün dəvət edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi həmin şirkətdə hüquqşünas vəzifəsində işləmişdir. Bir çox məhkəmə proseslərində və cinayət işində şirkətin nümayəndəsi qismində iştirak etmişdir. "xxxx" MMC-nin rəhbərliyi qeyd eydiyi dövrdə onunla əmək müqaviləsi bağlamamışdır. Onun adına əmək kartı sifariş verilməmişdir. İşlədiyi dövr ərzində ona bonus qismində pullar nağd qaydada ödənilmişdir. xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə qədər əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X10 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Hazırki vəziyyətdə isə X10 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X10 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X15 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X10 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X15 Xidmətinin Abşeron Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X24

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar