Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-680/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəməiclas katibi X1, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında EP0032919 nömrəli, 13.04.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 38400.00 ABŞ dolları məbləğində olan vəsaiti 03.03.2020-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 38400.00 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə 14 aprel 2022-ci il tarixli, 01.16-3-2022-4796 saylı məktub 21 aprel 2022-ci il tarixində daxil olmuşdur. Məktuba əsasən, Şəxs ASC barəsində 13 aprel 2022-ci il tarixli, EP No:0032919 saylı protokol tərtib edilmişdir. Protokola uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə Şəxs ASC inzibati xəta törətmişdir. İnzibati Protokolda göstərilmişdir ki, Şəxs ASC 38400.00 ABŞ dolları məbləğində vəsaiti 03 mart 2020-ci il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də, 38400.00 ABŞ dolları məbləğində vəsait hesabına alman malları ölkəyə idxal etməmişdir, valyuta vəsaitini geri qaytarmamışdır. Bildirmək istəyirəm ki, 02 mart 2020-ci il tarixli, 55 saylı xarici valyutada köçürmə orderi üzrə 38400.00 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Ödəniş müvafiq mallar idxal edildikdən, Azərbaycan Dövlət Gömrük Komitəsində rəsmiləşdikdən sonra avans qaydasında həyata keçirilmişdir. Mallar ölkəyə daxil olduqdan sonra, avans qaydasında ödəniş olunduğundan həmin 38400.00 ABŞ dolları barəsində İnzibati Protokol tərtib olunmuşdur. Həmin ödənişi əsaslandıran 30 sentyabr 2019-cu il tarixli müqavilə, gömrük bəyannaməsi, 31.10.2019-cu il tarixli İnvoys və xarici valyutada köçürmə orderi məhkəməyə təqdim edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Şəxs ASC-yə cərimə tətbiq edilməsi əsassız və qanunsuzdur. Sonda o, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Mərkəzi Bankın ünvanına bildiriş göndərilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin hesabından "xxxx" MMC-nin bank hesabına 24.01.2020-ci il tarixli, 08 DD nömrəli müqavilə əsasında 24.01.2020 saylı hesab-fakturaya əsasən 115954.00 (yüz on beş doqquz əlli dörd) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 02.03.2020-ci il tarixli məktubundan görünür ki, 02.03.2020-ci il tarixində İNVEST KİT AGRO DEVOLOPMENT LLC şirkətinə köçürtdüyü 38400 USD avans ödənişi üzrə **********2539 saylı YGB-si əsasında 36800 USD portalda icra edilmiş və avans üzrə qalıq 1600.00 USD təşkil edir. İşə əlavə olunmuş gömrük bəyannəməsinə və digər sənədlərə hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, “A+Co» ” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-680/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-680/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver