Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-683/2021 29.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi ilə X8 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı 29.03.2021-ci il tarixli, EQ ******* saylı 29.03.2021-ci il tarixli və EQ ******* saylı 02.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən inzibati xəta törətməsinə dair 29.03.2021-ci il tarixli EQ ******* nömrəli qərarın, İXM-nin 328.3-cü maddəsinə əsasən inzibati xəta törətməsinə dair 29.03.2021-ci il tarixli EQ ******* saylı qərarın, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən inzibati xəta törətməsinə dair 02.04.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, “BMW 318” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil qohumu X4 mülkiyyətində olsa da, qardaşı X2 və istifadəsində olmuş və X8 adına etibarnamə verilmiş olsa da sonuncu avtomobili ümumiyyətlə idarə etməmişdir. X7 01.03.2020-ci il tarixdə X6na üzərində sərəncam vermək hüququ da daxil olmaqla 1 il müddətinə tam səlahiyyətli etibarnamə vermişdir. X6 həmin etibarnamə əsasında avtomobili 11.10.2020-ci il tarixdə X1 həmin tarixdən avtomobili həmin şəxsə təhvil vermişdir. Sərəncam vermək səlahiyyəti də verildiyi üçün həmin tarixdə qardaşının etibarnaməsinə də xitam verilmişdir. “BMW 318” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili satdıqdan sonra X13 16.10.2021-ci il tarixdə özünə “Khazar LX” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır və aldığı vaxtdan hazırki vaxtadək həmin avtomobili idarə edir. 29 mart 2021-ci il tarixlərdə sms-bildiriş gəldiyi üçün internet vasitəsilə AsanPay portalında olan şəxsi kabinetinə daxil olaraq barəsində bir neçə ədəd elektron protokol tərtib edildiyini və həmin protokollar əsasında cərimə edilməyi barədə qərarlar qəbul edildiyini müəyyən etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin sözügedən inzibati xəta haqqında elektron protokolları əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarları qanunsuzdur. Çünki qeyd edilən inzibati xətalar X13 tərəfindən törədilməmişdir. Buna görə də AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş EQ ******* saylı 29.03.2021-ci il tarixli, EQ ******* saylı 29.03.2021-ci il tarixli və EQ ******* saylı 29.03.2021-ci il tarixli elektron protokollar əsasında qəbul edilmiş qərarların ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, X3 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə X13 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət ərizəsində olan və tədqiq edilmiş: İşə əlavə edilmiş sms bildirişdən görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3 və 346.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 29.03.2021-ci il tarixli EQ ******* saylı, 29.03.2021-ci il tarixli EQ ******* saylı, 02.04.2021-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan razı olmadığını bildirmişdir. Məhkəmədə müəyyən edimişdir ki, X13 barəsində Azərbaycan Respublikası İXM-in 328.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair tərtib edilmiş 29 mart 2021-ci il tarixli EQ ******* və EQ ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib edilmiş 02.04.2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarlar qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X13 Azərbaycan Respublikası İXM-in 328.3-cü və 346.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 29 mart 2021-ci il tarixli EQ ******* və ******* saylı və 02.04.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 Azərbaycan Respublikası İXM-in 328.3-cü və 346.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 29 mart 2021-ci il tarixli EQ ******* və EQ ******* nömrəli və 02 aprel 2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş X8 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-683/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-683/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver