Məhkəmə qərarları › İş №3(012)-684/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-684/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-684/2022 31.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, şikayətçi - Abşeron rayon 09 saylı tam orta məktəbin direktoru X3 nümayəndəsi, vəkil X9, qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 iştirakları ilə, Şikayətçi Abşeron rayon 09 saylı tam orta məktəbin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 16.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon 09 saylı tam orta məktəbin direktoru X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə barədə qəbul edilmiş 16.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qəbul etdiyi 16.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarda Abşeron rayon 09 saylı tam orta məktəbin direktoru – X4 müraciətinə baxılması zamanı işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1 hissəsinin və 129-cu maddəsinin1-ci hissəsinin tələblərinin pozulması əsas göstərilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 1500 (min beş yüz) manat inzibati cərimə olunması qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən ləğv edilməsi barədə qərar qəbul edilməlidir. X5 2010-cu ilin avqust ayının 10dan Xırdalan şəhər 9№ li tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. X5 direktor vəzifəsinə təyin edilərkən işçilərin bəziləri məzuniyyətdən qayıtmışdır. Direktor vəzifəsinə təyin olunan gündən bu günə qədər rəhbəri olduğu məktəbdə çalışan işçilər hər il üzrə müəyən olunmuş məzuniyyətlərinə buraxılır. Bu günə qədər ərizə ilə drektora müraciət edərək məzuniyyət tələb etmiş hər-hansı bir işçinin ərizəsi nəticəsiz qalmamışdır. Məktəbdə lobarant vəzifəsində işləyən X6 11.01.2022-ci il tarixdə ərizə ilə Həcər İbrahimovaya müraciət edərək 2009-2010-cu ildə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsində köməklik göstərməyimi xahiş etmişdir. Həcər İbrahimova təhsil müəssisəsinin rəhbəri olaraq ona istifadə edilməmiş məzuniyyətinə görə kompensasiya ödənilməsinə dair Abşeron rayon təhsil şöbəsinə qəbul edilmiş əmri təqdim etmişdir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyylətdən azad etmə barədə 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qəbul etdiyi 16.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi, vəkil X14 şikayətlə eyni məzmunlu izahat verməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qəbul etdiyi 16.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X15 şikayət ərizəsində qeyd olunanlarla razılaşmayaraq izahatında göstərmişdir ki, vətəndaş X2 Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt regional ərazi şöbəsinə müraciət edərək bildirmişdir ki, Abşeron rayon 09 saylı tam orta məktəbdə işləyir, lakin 2009-2010-cu il tarixdəki əmək məzuniyyətindən istifadə edə bilmir. İşəgötürən buna icazə vermir və kompensasiya da ödəmir. Həmin müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon 09 saylı tam orta məktəbin direktoru tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuş, eyni zamanda İXMnin 192.5-ci maddəsilə nəzərdə tutulmuş xəta törədilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qəbul etdiyi 16.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmrdən çıxarışdan görünür ki, X6 01.10.2009-cu il tarixdə Abşeron rayon 09 saylı tam orta məktəbdə lobarant kimi işə qəbul edilmişdir. X6 tərəfindən X12 Xidmətinə 07.12.2021-ci il tarixdə müraciət edərək bildirmişdir ki, o, Abşeron rayon 09 saylı tam orta məktəbdə işləyir, lakin 2009-2010-cu il tarixdəki əmək məzuniyyətindən istifadə edə bilmir. İş materiallarında olan 12.01.2022-ci il tarixli əmrdən görünür ki, məktəbə 01.10.2009-cu il tarixində qəbul olunmuş texniki işçi laborantı, 12.01.2022-ci il tarixindən 2010-cu ilin istifadə olunmamış əmək məzuniyyətinin kompensasiyasının ödənilməsi əmr olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş 16.03.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, vətəndaş X4 məzuniyyət hüququnun pozulması, əmək məzuniyyətinin pozulması, istifadə olunmamış əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməsində qanun pozuntularına yol verdiyinə görə X5 İXM-in 192.5-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayon 09 saylı tam orta məktəbdə lobarant işləyən X6 2009-2010-cu il tarixdəki əmək məzuniyyətindən istifadə edə bilməmişdir. Bununla əlaqədar sonuncu 07.12.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciət edərək, araşdırılaraq, məzuniyyətin alınmasında ona köməklik edilməsini xahiş etmişdir. Bununla da, 07.12.2021-ci il tarixdə Abşeron rayon 09 saylı tam orta məktəbin direktoru X3 əməlində İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulan xəta aşkar olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 192.5-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq, işçinin məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. "Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və "Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biribirindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 3 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxildir. Ona görə də hazırki xəta işçinin 07.12.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciət etdiyi vaxtdan, yəni 07.12.2021-ci il tarixdən, yəni aşkar edildiyi vaxtdan hesablanmalıdır. Belə olduğu təqdirdə DƏMX-də işə baxılıb inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtda, artıq 03 aydan çox müddət keçmişdir. Beləliklə məhkəmə qeyd edir ki, qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəmədə irəli sürülmüş yuxarıda qeyd edilən dəlili tamamilə əsassız olmaqla hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Abşeron rayon 09 saylı tam orta məktəbin direktoru X3 şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qəbul etdiyi 16.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon 09 saylı tam orta məktəbin direktoru X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş 16.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar