Məhkəmə qərarları › İş №3(012)-690/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-690/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-690/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi ilə, Babyeva Validə Ramin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonu, Merdinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli rayonu, Qaraxanbəyli ərazi dairəsi, Merdinli kəndində qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-422/2019 saylı icra vərəqəsinə əsasən 27 oktyabr 2013-cü il tarixdə anadan olmuş Tunarın saxlanması üçün hər ay cavabdeh Şəxs 154 manat sabit pul məbləğində aliment və uşağın müalicə və müayinə xərclərinin ödənməsi üçün 50 manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Qeyd olunan icra sənədi üzrə cəmi borc 12892 manat təşkil edir. Sistemdə bir neçə yerdə işlədiyi kimi görünsə də, araşdırılan zaman əmək müqaviləsinin qüvvədə olmadığı müəyyənləşmişdir. Beyləqanda yaşadığını bildirsə də, bununla bağlı rəsmi sənəd təqdim edilməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, hər ay 60 manat məcburi köçkün kimi borcluya verilən pulu alır. Uşağı autizm xəstəsidir. Ata uşaqla görüşmür, maraqlanmır. Bir neçə dəfə aliment ödəyib. Alimentin hissə-hissə ödənilməsinə razı deyildir. Kifayət qədər vaxt verilib. Hazırda məhkəmədən borclu tərəfindən aliment borcunun tam ödənilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, usta işləyirdi, yayda 240 manat aliment ödəyirdi. Rəsmi işə girdikdən sonra məhkumluğu olduğu üçün işləyə bilməmişdir. İş yeri yoxdur. Ramazan bayramında 1000 manat ödəyə bilər, ondan artıq ödəməyəcək. Beyləqanda yaşayır. Qarabağda işləmək istəyir. Bakıda iş olmadığına görə fikri var ki, gedib Qarabağda işləsin. Ona görə də işin Beyləqana göndərilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili X1 Elşən Tərlan oğlunun inzibati xətalara dair işinin Beyləqana göndərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 422/2019 saylı icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 30 iyun 2014cü il tarixli qətnaməsinə əsasən 27 oktyabr 2013-cü il tarixdə anadan olmuş Tunarın saxlanması üçün müəyyən edilmiş hər ay 103 manat miqdarında alimentin miqdarı artırılmaqla 27 oktyabr 2013-cü il tarixdə anadan olmuş Tunarın saxlanması üçün hər ay cavabdeh Şəxs 154 manat sabit pul məbləğində aliment və uşağın müalicə və müayinə xərclərinin ödənməsi üçün 50 manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixlərində şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. Cavabdehə qətnamənin icrası ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış həmçinin ona rəsmi xəbərdarlıqlar verilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il, saat 15:15 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar