Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-692/2024 29.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1 və 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, X1 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsinin İnzibati Tənbeh verilməsi haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatətini nəzərdən keçirib məhkəmə Müəyyən etdi: 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsinin İnzibati Tənbeh verilməsi haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla yanaşı, X5 yazılı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, şikayət müddətinin ötürməsinə səbəb Abşeron rayon Masazır Bələdiyyəsinin sədri vəzifəsindən azad olmağı ilə əlaqədar olmuşdur. Belə ki, uzun müddət təhvil təslim işləri davam etmiş, bələdiyyəyə daxil olan sənədlərə hüquqi münasibət bildirilməyində müəyyən fasilə yaranmışdır. Bununla yanaşı həmin dövrdən sonra yazılmış cərimə barədə cərimə olunduğu 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən onunla əlaqə yaradılmamışdır. Yalnız Abşeron rayon Masazır bələdiyyəsinə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixdə daxil olan Ç-İP/4324-040 nömrəli cəriməyə dəbbə pulunun əlavə olunaraq hesablanması barədə məktub daxil olduqdan sonra ona məlumat verilmişdir. Qeyd olunanlara əsasən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 vəsatətin dəlillərini əsaslandırıb, vəsatətin, eyni zamanda şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 şikayətin əsassız olduğunu qeyd edərək bildirmişdir ki, qanunla müəyyən edilmiş meddətdə şikayətçi xəbərdar edilmiş, eyni zamanda rəsmi qaydada barəsində inzibati xəta haqqında işə bağılacağı barədə xəbərdar edilmişdir. Daha sonra 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsinin İnzibati Tənbeh verilməsi haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Sözügedən qərarın sürəti şikayətçiyə rəsmi qaydada çatdırılmışdır. Şikayətçi tərəfindən qərardan prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar olmadığı nəzərə alaraq vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, müddətin bərpasına dair vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, müddətin bərpasına dair vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı X5 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2.000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. "X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan "res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin "Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, "res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Məhkəmə hesab edir ki, X3 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsi xx.xx.2023cü il tarixli MN ******* nömrəli qərarını rəsmi qaydada aldığı müddətdən qanunvericilikdə müəyyən edilmiş 10 gün müddət ərzində şikayət vermək hüququna malik olduğu halda həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldıqdan sonra şikayət vermiş və prosessual müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. X3 buraxılmış prosessual müddətin bərpasına əsas kimi irəli sürdüyü dəlillərin isə əsası yoxdur, qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir. Ona görə də müddətin bərpasına dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən verilmiş vəsatət rədd edilməlidir. Bununla yanaşı, prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar olmadığı halda, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayətə də mahiyyəti üzrə baxıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddəsini rəhbər tutaraq məhkəmə Qərara aldı: X3 04 saylı Ekolojiya və Təbbi Sərvətlər İdarəsi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin, vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərara mahiyyəti üzrə baxılmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-692/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-692/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver