Məhkəmə qərarları › İş №3(012)-693/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-693/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-693/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.4 və 342.1.3-cü maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair X10 X11 Xidmətinin xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi verərək, X10 X11 Xidmətinin xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində 26 mart 2024-cü il tarixində Abşeron DYP Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü və 342.1.3-cü maddələri ilə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 342.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Bildirir ki, barəsində tərtib edilən inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar tam qanunsuzdur və özünü qərarda öz əksini tapan həmin maddələr ilə təqsirli bilmir. İlk öncə bunu qeyd edir ki, etibarnamə üzrə idarə etdiyi “KİA SPORTAGE minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza keçirtmişdir. Qəza nəticəsində avtomobil zədələndiyinə görə avtomobili təmirə aparmış, usta avtomobili təmir etdikdən sonra avtomobili laklamış, buna görə də, ona lakın qurumasını gözləməli olduğunu tapşırmışdır. Qeyd edir ki, ümumiyyətlə, dövlət qeydiyyat nişanı olmadan avtomobili idarə etməmişdir. Avtomobil təmir olunduqdan sonra onu təmir yerinin yanında saxlayıb, dövlət qeydiyyat nişanını taxmaq üçün lakın qurumağını gözləyərkən, bir polis əməkdaşı ona yaxınlaşmış və avtomobili idarə etmədiyi halda ona bildirmişdir ki, avtomobili dövlət qeydiyyat nişanı olmadan, nəqliyyat vasitələrini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Halbuki, polis əməkdaşının da gördüyü kimi avtomobil dayanmış və təmirdən çıxmış vəziyyətdə idi. Həmin zaman mən polis əməkdaşına öz etirazını bldirərək heç bir qanun pozuntusuna yol vermədiyini, mövcud vəziyyəti, yəni avtomobilin (elə qeyd olunan yerdə) təmir olunduğunu, lakin quruması üçün dövlət qeydiyyat nişanını çıxartdığını və lakın qurumağını gözlədiyini bildirdikdə polis əməkdaşı onunla kobud rəftar edərək dediklərinə əhəmiyyət vermədən getmişdir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşı onun barəsində qanunsuz olaraq onun iştirakı olmadan, heç bir əsas olmadığı halda qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə çıxır ki, polis əməkdaşı heç bir araşdırma aparma zərurəti görmədən öz üstün mövqeyindən istifadə edərək, vətəndaşın qanunla qorunan hüquqlarına əhəmiyyət vermədən qanunsuz olaraq istədiyi şəxs barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edə və vətəndaşı əsassız olaraq öz fərziyyələrinə əsasən cərimə edə bilər. Halbuki, o heç bir qanun pozuntusuna yol verməmiş, maşın təmir olunduqdan sonra lakın qurumasını gözlədiyi üçün dövlət qeydiyyat nişanını çıxardaraq əlində tutmuşdur. Bu da onu sübut edir ki, inzibati xəta haqqında protokol fərziyyələr əsasında tərtib edilmişdir. Həmçinin barəsində inziati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirakının təmin edilməsi üçün bu barədə ona heç bir məlumat verilməmiş, iştirak etmədiyi üçün heç bir bildiriş göndərilməmişdir. Sonradan ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 342.1.3-cü maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Yalnız Polis İdarəsinə müraciət etdikdən sonra inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2024-cü il tarixində) ona təqdim edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə olan halda hesab edir ki, barəsində tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilməzlər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də, indiki halda 26 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana - X10 X11 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: X10 X11 Xidmətinin xx.xx.2024-cü il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Xırdalan şəhəri, Quşçuluq massivi, H.Z.Tağıyev küçəsi, ev 276 ünvanında yaşayan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 342.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xəta haqqında protokola imza etməmişdir. X10 X11 Xidmətinin xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X6 xx.xx.2024-ci il tarixində, saat 17:55-də “KİA SPORTAGE” minik markalı 77GH913 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə barəsində İXM-in 327.4 və 342.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4 və 342.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir Həmin Məcələnin 342.1.3-cü maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında protokolun X6 barəsində başlanılmasının səbəbi xx.xx.2024-ci il tarixində, saat 17:55-də “KİA SPORTAGE” minik markalı 77GH913 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi və dövlət qeydiyyat nişanlarından birinin yerində olmaması” ilə bağlı olmuşdur. Halbu ki, xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sürücü X6 tərəfindən törədilməsi iddia edilən İXM-in 327.4 və 342.1.3-cü maddələrinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin sürücünün avtomobili əks istiqamətli nəqliyyat axınının hərəkət zolağında hərəkət etməsini, həmçinin dövlət qeydiyyat nişanlarından birinin yerində olmadan idarə etməsini foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini təmin etməmiş və bu barədə tərtib edilmiş protokolda qeydlər aparılmamışdır. Lakin buna baxmayaraq X10 X11 Xidmətinin inspektoru polis serjantı X5 yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmadan, heç bir tutarlı sübuta əsaslanmadan, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını təmin etmədən xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. Bunadan başqa, aşkar olunmuş inzibati xətaya dair tərtib olunmuş protokola baxılması zamanı qeyd edilən qanun normalarına əməl edilməsi təmin edilsə idi, X4 şikayətində qeyd etdiyi dəlillərdə göstərilən nəticə ilə, DYP əməkdaşının tərtib etdiyi inzibati xəta haqqında protokola müəyyən edilən hallar arasında ziddiyyətli olub-olmaması müəyyən edilə bilərdi, yəni mübahisənin mövcudluğunun müəyyən edilməsi halında mütləq şəkildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun Qaydalarına uyğun araşdırma aparılmalıdır. Lakin iş materialları ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşması halı müəyyən edilmir. Həmçinin dəfələrlə təklif edilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, X10 X11 Xidmətinin yalnız öz subyektiv mülahizələrinə əsasən X4 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Şikayət təmin olunsun. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4 və 342.1.3-cü maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında X10 X11 Xidmətinin xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. X10 X11 Xidmətinin xx.xx.2024-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası DİN-in BDYPİ-in X3 yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar