Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-693/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərarından şikayət verilən orqanın nümayəndəsi: X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 hüquqi şəxsin nümayəndəsi: iştirakları ilə «Şəxs» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən «Şəxs» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 mart 2025-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixədək çilingər-təmirçi peşəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb ounmuşdur Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsinin etibarnamə üzrə nümayəndəsi X17 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək və iş üçün sübuti əhəmiyyət kəsb edən bir sıra sənədləri təqdim edərək protokolda göstərilən vaxtlarda X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edildiyinin mübahisəsiz olduğundan göstərilənləri nəzərə alaraq, «Şəxs» barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsinin səlahiyyətli nümayəndəsi Nicat Əliyev inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində «Şəxs» tərəfindən X2 əmək hüquqlarının pozulması, yəni yazılı əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi müəyyən edilmişdir. Belə ki, Asəf Şıxməmmədovun əmək müqaviləsinə 05 avqust 2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, sonuncunun 06, 07 və 08 avqust 2025-ci il tarixlərdə həmin işdə çalışması iş materialına əlavə edilmiş davamiyyət cədvəli və digər sənədlərlə sübuta yetirilmişdir. Bununla əlaqədar «Şəxs» barəsində protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən «Şəxs» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən «Şəxs»nin nümayəndəsi Rüstəm Qulemirov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola dair səbəb olan inzibati xətanı qəbul edir, lakin hesab edir ki, həmin hadisə səhlakarlıq nəticəsində baş vermişdir. Ona görə də, inzibati xətanın törədilməsində təqsiri olan şəxsə rəhbərlik tərəfindən töhmət növündə intizam tənbehi tətbiq edilmişdir. Belə olan halda hərbi hissə batəssində tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında materila xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Əmək müqaviləsinə xitam verilməsi barədə 05 avqust 2024-cü il tarixli, 240 saylı əmrdən görünür ki, X3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir;
2. X1 11 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsinə verdiyi izahatdan görünür ki, o, həmin izahatında xx.xx.2014-cü ildən «Şəxs» də çilingə vəzifəsində çalışmışdır. 2016-cı il tarixdən əlillik statusu almış, bu səbəbdən məzuniyyət günü 42 təqvim günü təşkil etməli olduğu halda onun əvəzinə 27 təqvim günü məzuniyyət vermişlər. O, həmin izahatı, əillik formasını Həmkarlar Komitəsinə mülkü işçilərin əmək haqlarını hesablayan Fariz adından nümayəndəyə, kadrların rəisi N.R.İbrahimova və digər vətəndaşlara təqdim etmişdir. İndi də izahata əlillik formasını və işdən nə zaman çıxdığına dair əmək kitabçasının çıxarışını əlavə etmişdir. 2016-2021-ci illərin əmək məzuniyyətinin ödənişi 42 təqvim günü əvəzinə 27 təqvim günü hesablanmış, 15 təqvim günlərinin ödənilməsinə köməklik etməini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhəri İdarəsinin əmək müfəttişi X7 tərtib etdiyi 04 mart 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, vətəndaş X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən 08 avqust 2024-cü il tarixədək çilingər-təmirçi peşəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bununla da «Şəxs» tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir;
Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Şəxs»nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında aparılmış araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Şəxssi» bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, X1 əməyindən qısamüddətli olsa da istifadə etmiş, lakin qanunvericiliyin tələb etdiyi əmək müqaviləsini bağlamamışdır. Bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «Şəxssi» barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «872 Nömrəli Hərbi Hissəsi» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Hüquqi şəxs «Şəxssi» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov