Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-694/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X1nun iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərardan X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYƏN ETDİ: X8 oğlu şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddələri ilə tənbeh edilərək 2500 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 Nəsib oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X2 xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətam törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Buna səbəb Binəqədi rayonu, Xocasən yolu yaxınlığındakı iri tonlu yük avtomobillərinin təmiri sexinin fəaliyyəti zamanı çirkab suların zərərli təsirinin qarşısını alan qurğular olmadan müəssisənin istismar edilməsi olmuşdur. Bildirdi ki, o, vəzifəli şəxs olmasa da ona inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli ******* MN -li qərar qəbul edilmişdir. O, vəzifəli şəxs yox, fiziki şəxs olduğunu bildirmişdir. Bildirir ki, o, burada qeyri-qanuni heç bir hərəkət etmir. Çünki çirkab sularına görə o, “xxxx” ASC-nə hər ay pul ödəyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X2 xx.xx.2020-ci il tarixli ******* MN-li İnzibati tənbeh vermə haqqında qərarı bu günə kimi ona təqdim edilməmişdir. Bundan əlavə 11 saylı RETSİ tərəfindən ona rəsmi şəkildə bildirişdə göndərilməmişdir. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X2 xx.xx.2020-ci il tarixli ******* MN-li İnzibati tənbeh vermə haqqında qərarını və 11 saylı RETSİ bildirişini Abşeron rayon İcra və probasiya Şöbəsindən almışdır. O, icra və probasiya şöbəsinə dəvət olunduqdan sonra bu işdən xəbəri olmuşdur. xx.xx.2021-ci il tarixdə həmin sənədlərin surətini əldə etmişdir. Tərtib edilmiş protokol baxılarkən araşdırılma aparılmadan, heç bir sübut olmadığı halda barəsində tərtib edilmiş protokol əsasında xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Buna görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayəti müdafiə edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Qərarından şikayət verilən orqana - 11 X6 və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3-cı maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, Binəqədi rayonu Xocasən gölünün yaxınlığındakı iri tonlu yük avtomobillərinin təmiri sexinin fəaliyyəti zamanı çirkab suların zərərli təsirinin qarşısını alan qurğular olmadan istismar edilməsinə görə X8 oğlu Azərbaycan Respublikası İXM-nin 264.0.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. xx xxxxx 2019-cu il tarixli 41280755 nömrəli müqavilədən görünür ki, X8 oğlu ilə “xxxx” ASC arasında su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismarı barədə 2022-ci ilədək müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə altı yüz manat cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X8 oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2020-ci il tarixdə X8 oğlu barəsində 2500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Buna baxmayaraq X8 oğlunun inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə X8 oğlunun inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. Bundan əlavə xx.xx.2019-cu il tarixdə X4 ilə “xxxx” ASC arasında tullantı sularının zərərsizləşdirilməsi barədə müqavilə bağlanmış və müqavilə 2022-ci il tarixədək qüvvədədir. Sözügedən inzibati xəta haqqında iş üzrə isə X8 oğlunun əməlində həmin maddələrin dispozisiyasında göstərilən pozuntunun olması müəyyən edilməmişdir. Bu da bir daha sübut edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və dəqiq araşdırma aparılmadan şəxsin məsuliyyətə cəlb edilməsi üçün müvafiq iş materialları toplanmaqla barəsində inzibati icraat aparılaraq düzgün qərar qəbul edilməmişdir. Ona görə də, məhkəmə X8 oğlunun əməlində qeyd olunan inzibati xəta tərkibinin olmaması səbəbi ilə tərəfindən verilmiş şikayətin təmin edilməsi qənaətinə gəlmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan məhkəmə prosesinin vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhəməyə nümayəndəsini göndərməmiş, xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarda hər hansı sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş ğzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X8 oğlu Azərbaycan Respublikası İXM-nin 264.0.1 və 271-ci maddələri ilə təqsirli bilinib, 2500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 115, 128, 129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 oğlunun Azərbaycan Respublikası İXM-in 264.0.1 və 271-ci maddələri ilə təqsirli bilinib 2500 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. X4 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-694/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-694/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver