Məhkəmə qərarları › İş №3(012)-694/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-694/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-694/2025 12.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X1 və X3 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankdan daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EP 019582 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 27075.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 10 fevral 2023-cü il tarixində avans olaraq xaricə köçürmüş və 2 il müddət keçsə də 16369.53 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta 11 fevral 2025ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirdi ki, xx.xx.2025-ci il tarixdə fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən **********959 nömrəli sadələşdirilmiş bəyannamə əsasında 1401-11-19 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə istinad edilməklə ölkəyə 17000.00 ABŞ dolları məbləğində vəsaitin gətirildiyi bəyan edilmişdir. Həmin vəsait isə qeyd olunan müqaviləyə istinad edilməklə xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına mədaxil edilmişdir. Hesaba mədaxil olunan pulun təyinatı ilə köçürülən pulun təyinatını müvafiq sənədlər əsasında uyğunlaşdırmaq mümkündür. Bundan başqa qeyd edilir ki, vəsait Şəxs MMC-nin "xxxx" ASC-dəki hesabına müvafiq xarici valyutada (ABŞ dollarında) daxil olmuşdur. Əlavə olaraq bildirilir ki, valyuta rejiminin tətbiq olunmasının əsas məqsədi valyuta bazarında sabitliyin təmin olunması və tədiyyə balansında valyuta kəsirinin qarşısının alınmasıdır. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola münasibətdə iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndələri X2 və X5 məhkəmə iclasında eyni məzmunda çıxış edərək bildirmişlər ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsassızdır. 17000 ABŞ dolları məbləğində valyuta vəsaiti geri qaytarılmışdır. Odur ki, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli , məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ barədə sənədlərin təqdim edilmədiyi müəssisələrin siyahısında Şəxs ASC-nin də adı qeyd edilmiş və ASC tərəfindən 16369.53 ABŞ dolları vəsaitin ödənişi xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, Şəxs MMC-nin hesabından YALCİNTAS MAKİNE TİCARET LİMİTED Sİ-nin nin bank hesabına 27075 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. "xxxx"ASC tərəfindın verilmiş kredit haqqında bildirişdən gərünür ki, xx.xx.2025-ci il tarixdə 17000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Aparılmış araşdırma zamanı müəyyən edildi ki, YALCİNTAS MAKİNE TİCARET LİMİTED Sİ ilə Şəxs Açıq Səhmdar Cəmiyyəti arasındakı müqavilə üzrə şirkət "xxxx" ASC-də olan hesabından qabaqcadan ödəniş kimi həmin şirkətə xx.xx.2025-ci il tarixdə 17000 ABŞ dolları məbləğində pul göndərilmiş və bu vəsait hesabına alınan mallar ölkəyə tam şəkildə idxal olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş "A+CO" ASC barəsində EP № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "A+CO" ASC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, ""A+CO" ASC tərəfindən köçürülmüş vəsait hesabına mallar ölkəyə idxal edilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli kredit bildirişi ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə, "A+CO" ASC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş məbləğin geri qaytarılmaması kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmadığından "A+CO" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar