Məhkəmə qərarları › İş №3(012)-695/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-695/2020

12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-695/2020 12.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, X1nın iştirakı ilə Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in Yol patrul xidməti baş inspektoru X13 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X10 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in Yol patrul xidməti baş inspektoru X13 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx/xx/2020 -ci il tarixində Səbail rayon DYPS Yol Patrul xidməti baş inspektoru X13 tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 211.2 -ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Bacısının idarə etdiyi minik avtomobilində azyaşlı 2016-cı il təvəllüdlü qızı X3 ilə olmuşdur. Valideynləri 65 yaşını ötdükləri üçün evdən çıxa bilmillər, odur ki, evin bütün işləri onların üzərilərindədir. Bundan əlavə evdən bayıra çıxa bilməyən himayəsində yaşlı babası vardır. İnspektor onları saxlayanda sms göndərdiyi telefonda 17:21 vaxt qeydolunmuşdur. Ona verilmiş icazə saat 17:21-dək olduğunu inspektora bildirmişdir. İnspektor müxtəlif bəhanələrlə guya avtomobilin radarı olduğunu və sair söhbətlər edərək, saat 17:24 olduğunu deyərək onu cərimə edəcəyini bildirmişdir. Hər posta 30 dəqiqə vaxt tixacda itirməklə ayrılan 3 saat vaxtın yetərli olması mümkün deyildir. Buna görə Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in Yol patrul xidməti baş inspektoru X13 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in Yol patrul xidməti baş inspektoru X13 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozması faktı aşkar edilmiş və nəticədə X10Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X4 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati protokol tərtib edildiyi zaman X5 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Buna baxmayaraq X5 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə məhkəməyə təqdim edilmiş mobil telefondan çıxarışdan görünür ki, X10 respublika ərazisində qarantin rejimi ilə əlaqədar X8 X9 Alınması və Monitorinqi Sisteminə yəni 8103 SMS icazə sisteminə müraciət etmiş, sonuncuya saat 17:21-dək şəhərə çıxmağa icazəsi olmuşdur. Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in Yol patrul xidməti baş inspektoru X13 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarda isə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək, 100 manat məbləğində inzibati cərimə etmişdir. Göründüyü kimi Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞin Yol patrul xidməti baş inspektoru X13 şəhərə çıxmağa icazəsi olduğu halda X6 inzibati cərimə etmişdir. Bundan əlavə Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in Yol patrul xidməti baş inspektoru X2 Fidan Nazim qızının barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, birbaşa xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarla inzibati tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in Yol patrul xidməti baş inspektoru X13 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri, Səbail rayon polis idarəsinin DYPŞ-in Yol patrul xidməti baş inspektoru X13 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin. X10 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar