Məhkəmə qərarları › İş №3(012)-695/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-695/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-695/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən X3, zərərçəkmiş şəxs X1, protokolu tərtib edən şəxs X6 Xidməti Alayının baş inspektor polis kapitanı Babaşov Müşfiq Əli oğlunun iştirakları ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X8 oğlunun X6 Xidməti Alayının baş inspektor polis kapitanı Babaşov Müşfiq Əli oğlu tərəfindən tərtib olunmuş xx.xx.2021-cu il tarixli, İXP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X8 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Xidməti Alayının baş inspektor polis kapitanı Babaşov Müşfiq Əli oğlu tərəfindən tərtib olunmuş xx.xx.2021-cu il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, X6 xidməti baş inspektor polis kapitanı Nümayəndə xx.xx.2021-ci il tarixil inzibati tənbeh haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar heç bir maddi və ya prosessual norma ilə əsaslandırılmasa da qərarın çıxarılması üçün əsas olmuş İXP3893456 saylı, xx.xx.2021-ci il tarixli protokolda qeyd edilib ki, o, VAZ 21074 minik markalı, **-OR-***döviət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol hərəkəti qaydalarını pozaraq hərəkət zolağına çıxmadan manevretmə nəticəsində İXM-nin maddələrini pozmuşdur. O, qeyd edilənlərlə qəti şəkildə razı deyil. Həmin an baş vermiş hadisə ilə bağlı çaşqınlıq vəziyyətinə olmuşdur. Baş verənləri və ona qarşı tərtib edilən bu qərarı anlaya bilməmişdir. Təkidlə bildirir ki, ona məxsus avtomobil digər avtomobilə toqquşmuşdur. Lakin belə deyil. Bunu sübut etmək üçün videogörüntülər də vardır və həmin görüntüləri ərizəsinə əlavə etmişdir. Hadisənin necə baş verməsi barədə sxema da var. O bildirdi ki, həmin hadisə də onun heç bir günahı yoxdur. Bildirdi ki, Bakı şəhərindən Xırdalan şəhəri istiqamətində hərəkətdə olan zaman Nissan Maksima markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobil (videogörüntüdə açıq -aşkar göründüyü kimi) onun qarşısında manevr edərək, Xırdalan şəhərinə istiqamətini dəyişmək istəyir. Elə bu zaman toqquşma hadisəsi baş verərək, onun maşının həmin avtomobilin arxa sağ tərəfinə dəyir. Protokolu tərtib edən inspektor Nümayəndə hadisə yerində olmadan avtomobili görmədən bu əsassız qərarı qəbul etmişdir. X7 markalı, 99-DX- 687 dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs yalan izahat verərək hadisədən yayınmağa çalışmışdır. O, protokolda qeyd edilən həmin əsaslarla razı deyil. Ona görə də X6 Xidməti Alayının baş inspektor polis kapitanı Babaşov Müşfiq Əli oğlu tərəfindən tərtib olunmuş xx.xx.2021-cu il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X8 oğlu şikayətini müdafiə edərək X6 Xidməti Alayının baş inspektor polis kapitanı Babaşov Müşfiq Əli oğlu tərəfindən tərtib olunmuş xx.xx.2021-cu il tarixli, İXP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İnzibati qərar qəbul etmiş şəxs X6 Xidməti Alayının baş inspektor polis kapitanı Babaşov Müşfiq Əli oğlu məhkəmədə çıxış etməklə bildirmişdir ki, xx.xx.2021-cu il tarixli, İXP ******* saylı qərar qanuni və əsaslıdır. Şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Məhkəmə iclasında izahatı alınmış X2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 14:50 radələrində idarə etdiyi Nissan markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bak-Quba yolunun 10 km Sumqayıt istiqamətində hərəkət edərkən Xırdalan tunelinin girişində qarşısında avtomobil dayanmışdır. Bu zaman arxadan gələn VAZ 2107 minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil onu arxadan vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmayıb, həmçinin həmin avtomobilin sürücüsü sərxoş vəziyyətdə olmayıb. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki araşdırma zamanı həm də hadisənin görüntüsünə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ikinci dərəcəli yoldan əsas yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü X8 oğlu baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğu halda, baş yola çıxmış, yolda sıxlıq olduğundan baş yolla hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə mane olmuş, nəticədə idarə etdiyi “VAZ 21074” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevretmə qaydalarını pozmaqla qarşıdakı Nissan markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. İİ. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, iş materiallarında olan məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X8 oğlu idarə etdiyi “VAZ 21074” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin, yəni manevr etmə qaydalarını pozaraq inzibati hüquq pozmanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıdakılara əsasən hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 12 və 327.1-ci maddələrinə əsasən, X8 oğlu haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 327.1-ci maddəsi ilə düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 oğlu “VAZ 21074” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsini tələbinə uyğunsuzluq müəyyən edildiyindən, yəni manevr etmə qaydalarını pozduğuna görə şikayət təmin edilməməli, X6 Xidməti Alayının baş inspektor polis kapitanı Babaşov Müşfiq Əli oğlu tərəfindən tərtib olunmuş xx.xx.2021-cu il tarixli, İXP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X8 oğlunun X6 Xidməti Alayının baş inspektor polis kapitanı Babaşov Müşfiq Əli oğlu tərəfindən tərtib olunmuş xx.xx.2021-cu il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar