Məhkəmə qərarları › İş №3(012)-695/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-695/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-695/2023 18.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsinin nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 247.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Abşeron rayonu, 9 saylı “Quldar” qış otlağından icarəsində olan 5,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişmədən (taxıl əkmişdir) başqa məqsədlər üçün istifadə etmişdir. Buna görə də, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu tərtib etmiş orqanın nümayəndəsi X7 izahat verərək bildirdi ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” qış otlaq sahəsindən 5,11 hektar otlaq sahəsi qoyunçuluğun inkişafı məqsədilə icarə qaydasında 15 il müddətinə hüquqi şəxs Şəxs MMC-nə icarəyə verilmişdir. Lakin hüquqi şəxs Şəxs MMC tərəfindən icarəsində olan 5,11 ha kənd təsərrüfatı təyinatlı örüş və godiyalı torpaq sahəsinin məqsədli təyinatını dəyişdirmədən taxıl əkməklə başqa məqsədlər üçün istifadə etmişdir. Bu səbəbdən barələrində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, icarəyə götürdükləri 9 saylı “Quldar” qış otlaq sahəsinin icarə hüquqlarını xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X1. Qeyd edilən torpaq sahəsində taxıl əkilməsi barədə məlumatları yoxdur. Bundan başqa, torpağın çıxarışında torpaq sahəsinin təyinatı “kənd təsərrüfatı məhsullarının istehsalı” qeyd edilmişdir. Ona görə də, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmədiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, 9 saylı “Quldar” qış otlaq sahəsinin ərazisində yerləşən 5,11 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatı məhsullarının istehsalı) məqsədləri üçün xx.xx.2018-ci il tarixdən başlayaraq 15 il müddətinə Şəxs MMC-nə icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş çıxarış əsasında Abşeron rayonu, 9 saylı “Quldar” qış otlaq sahəsini X2 5000 manata icarə hüquqlarını icarəyə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi Şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda Şəxs MMC Abşeron rayonu, 9 saylı “Quldar” qış otlağından icarəsində olan 5,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məqsədli təyinatını dəyişmədən (taxıl əkmişdir) başqa məqsədlər üçün istifadə etdiyi qeyd olunaraq, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın törədilməsi bildirilmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsinin məqsədli təyinatına “kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatı məhsullarının istehsalı)” qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, nəzərə alaraq, məhkəmə hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 247.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar