Məhkəmə qərarları › İş №3(012)-696/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-696/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-696/2020 06.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 müdafiəçisi X2 iştirakları ilə X3 tərəfindən onun barəsində Abşeron RPŞ tərəfindən tərtib olunmuş Azərbaycan Respublikası İXM-nın 211-ci mmaddəsi ilə inzibati tənbeh verilməsinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron RPŞ tərəfindən tərtib olunmuş Azərbaycan Respublikası İXM-nın 211-ci maddəsi ilə inzibati tənbeh verilməsinə dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X1 müdafiəçisi X4 ərizəni onunla əsaslandırdı ki, o, "xxxxxxxxxxxxxxxxxxx" MMC-nin direktorudur, şirkət ölkə başçısı İlham Əliyev cənablarının təşəbbüsü ilə həyata keçirilən Pilot layihə çərçivəsində tikinti fəaliyyəti ilə məşğuldur. Şirkət AR NK-nin xx.xx.2016-ci il tarixli Qərarının icrası ilə bağlı qəzalı vəziyyətdə olan evlərin sökülməsi və sakinlərə yeni tam təmirli mənzillərin verilməsi üçün gecə-gündüz çalışır, eyni zamanda yüzlərlə ailələrə aylıq kirayə haqqı, həmçinin işçilərə əmək haqqı verir, belə ki, COVİD-19-la əlaqədar karantin olmasına baxmayaraq şirkət ölkə başçısının tapşırığına uyğun olaraq işçiləri işdən azad etmədən onların maaşlarını verməyə davam edir, operativ qərargahın müəyyən etdiyi məhdudiyyətlərə riayət edərək fəaliyyətini davam etdirir, şirkət direktoru olaraq onun karantin dövründə məsuliyyəti daha çoxdur, o hər gün işə gəlir, işçilərinin maaşlarının, ödənişlərinin və kirayə haqqqlarının verilməsi, bankla münasibətlərin davam etməsi və digər fəaliyyətini icra edir. xx.xx.2020-ci il tarixdə o, işə gələrkən Ekologiya postunda polis əməkdaşı tərəfindən saxlanılmış, ondan icazə vərəqəsini təqdim etməyi xahiş edilmiş, o isə cavabında qaydanın xx.xx.2020-ci il tarixdən tətbiq ediləcəyini, digər tərəfdən onun şirkət rəhbəri olduğu və dövlət sifarişini icra etmək üçün getdiyini bildirsə də, polis əməkdaşı onun dediklərinə məhəl qoymamış, onun barəsində İXP ******* nömrəli protokol tərtib edilərək o, 100 manat mməbləğində cərimə edilmiş, həmin protokol əsasında Abşeron RPŞ tərəfindən tərtib edilmiş AR İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh verilməsi barədə xx.xx.2020-ci il tarixli, TP3590209 saylı qərar qəbul edilmiş, o, hazırda həmin qərarı yeni əldə etdiyi üçün qərardan şikayət vermiş, o polis əməkdaşından hansı əsasla onun barəsində protokol tərtib edəcəyini soruşmuş, lakin o, protokolda heç bir əsas yaza bilməmiş, belə ki, polis əməkdaşının onu AR İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinməsi barədə protokol tərtib etməsi və məsuliyyətə cəlb etməsi səlahiyyəti yoxdur, AR Prezidentinin xx.xx.2020-ci il tarixli, 987 saylı fərmanına əsasən polisə AR İXM-nin 211-ci maddəsilə protokol tərtib etmək və məsuliyyətə cəlb etmək səlahiyyəti xx.xx.2020-ci il tarixdən verilmiş, buna görə də onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP3590209 saylı qərar ləğv olunmalıdır. Sonda o, Ekologiya Postu tərəfindən tərtib edilmiş AR İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh verilməsi barədə xx.xx.2020-ci il tarixli, TP3590209 saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Ekologiya Postunun əməkdaşı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Ekologiya Postunun əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron RPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X3 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozaraq o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğu üçün X3 barəsində Ekologiya Postu tərəfindən tərtib edilmiş AR İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh verilməsi barədə xx.xx.2020-ci il tarixli, TP3590209 saylı qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilməlidir. Belə ki, AR Prezidentinin xx.xx.2020-ci il tarixli, 987 saylı fərmanına əsasən AR İXMnin 211-ci maddəsi ilə protokol tərtib etmək və məsuliyyətə cəlb etmək səlahiyyəti polisə xx.xx.2020-ci il tarixdən verilmiş, onun barəsində isə xx.xx.2020-ci il tarixdə inzibati protokol tərtib edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Abşeron RPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar