Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-699/2023 21.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X2 iştirakları ilə, X2 Abşeron DYPŞ-nin polis kapitanı Cəmin Abasov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYPŞ-nin polis kapitanı Cəmin Abasov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırdı ki, xx.xx.2023-cü il tarixdə, Abşeron rayonu, Masazır kəndində yerləşən məhəllərində atama məxsus 99F0652 dövlət qeydiyyat nişanlı maşında olan zaman Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 631 nömrəli yol patrul maşınında olan əməkdaşlar ona yaxınlaşaraq təkidlə sərxoş vəziyyətdə maşını idarə etdiyini bildirmişlər. O, onlara maşını idarə etmədiyini, içərisindən atana məxsus əşyanı götürmək üçün gəldiyini bildirmiş, həmin vaxt əlində bir şüşə pivə olmuşdur. Bu zaman onlar sərxoşluğun müəyyən edilməsi üçün bir növ aparatdan istifadə etdilər, ona isə əvvəlcədən çıxarılmış bir kağıza qol çəkdirdilər. Sərxoşluğun müəyyən edilməsi zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddənin tələblərinə əsasən hal şahidləri dəvət olunmalı olduğu halda bu prosesual norma polis əməkdaşları tərəfindən gözlənilməmiş, ona isə əvvəlcədən çap olunmuş kağıza imza çəkdirilmişlər. Ona kağıza qol çəkdirdikdən sonra heç bir protokol tərtib etmədən maşını cərimə meydançasına apardılar. Bu da özlüyündə polislər tərəfindən heç bir hüquq normasına əməl olunmadığının göstəricisidir. Bundan sonra ona səhər polis şöbəsinə yaxınlaşmağını dedilər. Şöbəyə yaxınlaşdıqda sonra da polis əməkdaşları qanunsuz əməllərini davam etdirdilər. O, onlardan barəsində tərtib olunmmuş protokolu ona təqdim etmələrini tələb etmişlər. Bu zaman polis əməkdaşları ona yalandan protokolun qərarsız olduğunu bildirərək təqdim etməmişlər. Halbuki həmin vaxt heç bir protokol tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-nin *101.1 -ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Qanunun bu imperativ göstərişinə baxmayaraq polis əməkdaşları qanunsuz şəkildə protokolu yalnız bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə onun iştirakı olmadan, hüquq və vəzifələrim izah edilmədən tərtib etmişlər. Göründüyü kimi, qəbul edilmiş protokol əsassız olmaqla bir çox prosessual qaydaların pozulmasıyla tərtib edilmişdir. O, həmin vaxt nəqliyyat vasitəsini idarə etməmiş, bununla qəbelə qəbul etdiyi spirtli içkinin həddi 0.3 promili keçməmişdir. Göründüyü kimi polis orqanı tərəfindən hüquqlarımın pozulması ilə tərtib edilmiş protokol qanunun bir çox maddələrini pozmuş və bu pozuntulara görə qanunda birdən çox əsas müəyyən edilmişdir. Protokol tərtib edildikdən sonra, nə protokolun nüsxəsi nə də protokol əsasında qəbul edilmiş inzibati xətaya dair qərar ona təqdim edilməmişdir. O, protokolun nömrəsini yalnız "Asan Ödəniş” sistemi üzərindən polis orqanını tərk etdikdən bir neçə saat sonra görmüşdür. Həmin protokol portalda xx.xx.2023-cü il tarixə qədər qərarsız olaraq göstərilmişdir. Qərar yükləndikdən sonra isə tarixi xx.xx.2023-cü il olaraq göstərilmişdir. Bu fakt hələ də ona müəmmalı olaraq qalır. Qərar tərtib edildikdən sonra ona təqdim edilmədiyinə görə qərardan məhkəməyə verdiyi xx.xx.2023-cü il tarixli şikayət geri qaytarılmışdır. Bundan sonra DİN 102 xidmətinə zəng edərək şikayət etdim, yalnız bundan sonra xx.xx.2023-cü il tarixdə polis əməkdaşı mənə əlbəəl qərarı təqdim etmişlər. Sonda o, Abşeron DYPŞ-nin polis kapitanı Cəmin Abasov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-in DYPŞ-in əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 23:45də Abşeron rayonu Vaz darəsində tərtib edlmiş protokoldan görünür ki, MERCEDES BENZ E320 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrinə əsasən inzibati qaydada 400 manat məbləğində cərimə inzibtati tənbeh tədbiri tətbiq edilmişdir. Protokola və qərara əlavə olunmuş sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair alkotester müayinəsi qəbzində 22.3.2023-cü il tarixində saat 23:23:40 dəqiqədə X1 yoxlanılması zamanı 2.400 saniyə müddətində 1.1736 litr həcmdə sərxoşluq halının müəyyən edilməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4 və 3.3-cü bəndlərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən maddələrin məzmununa görə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi və yol hərəkəti qaydalarının pozulması inzibati məsuliyyətə cəlb edilir. Abşeron RPİ-in DYPŞ-in əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 23:45-də Abşeron rayonu Vaz darəsində tərtib edilmiş protokol əsasən, MERCEDES BENZ E320 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokola əsasən təqsirli bilinərək, M.R.Səfquluyev barəsində inzibati cərimə tənbeh tədbirinə dair qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iddia olunan vaxt nəqliyyat vasitəsini idarə etmədiyini, yaşadığı məhəllədə polis əməkdaşlarının ona yaxınlaşdığını, bununla belə qəbul etdiyi spirtli içkinin həddinin 0,3 promili keçmədiyini, protokol prosessal qaydaların pozulması ilə qəbul edildiyini mübahisələndirmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2, 8.3-cü maddələri). İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Bununla əlaqədar qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində iki inzibati xəta üzrə təqsirli bilinməsinə dair qərar qəbul edilmişdir. Birincisi işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, ikincisi isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsindən ibarətdir. Hər hansı şəxsin sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə məsuliyyəti o zaman yaranır ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərməlidir. Lakin barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin sərxoşluq vəziyyətinin dərəcəsi promillə göstərildiyi halda sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair alkotester müayinəsi qəbzində xx.xx.2023-cü il tarixində saat 23:40 dəqiqədə X2 yoxlanılması zamanı 2.400 saniyə müddətində 1.1736 litr həcmdə sərxoşluq halının müəyyən edilməsi öz əksini tapmış, bu xüsusat isə aydınlaşdırılmamışdır. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis əməkdaşlarının ona yaşadığı məhəllədə yaxılaşdığını iddia elədiyi halda, protokolda onun Vaz dairəsi adlanan ərazidə saxlanıldığı qeyd edilmişdir. Həmin xüsusatları əsaslı şübhə yaratmayan mötəbər sübutlarla təsdiq etmək isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, protokol tərtib edən orqanın vəzifəsidir. Lakin inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilən orqanın nümayəndəsinin iştirakı təmin edilməmiş, həmin xüsusatlar da aydınlaşdırılmamışdır. Ədalətli məhkəmə araşdırılmasının nəticəsi kimi qəbul edilən məhkəmə aktı o zaman qanuni və əsaslı hesab edilir ki, iş üzrə sual doğuracaq hallar aradan qalxmış olsun və müəyyən edilməsin. Çünki ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə qərarının qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinin məzmununa görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Abşeron DYPŞ-nin polis kapitanı Cəmin Abasov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron DYPŞ-nin polis kapitanı Cəmin Abasov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-699/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-699/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver