Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-699/2024 09.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs: Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.3, 332.1, 332.3 və 511.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.3, 332.1, 332.3 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Turqay Mirzəyev ifadəsində bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09:34 radələlərində Abşeron rayonu, Saray ərazisində “RAVON NEXİA R3” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman yol nişanının tələbini pozduğundan ona saxla əmri vermiş, o da öz növbəsində avtomobilini saxlamışdır. Sürücünün barəsində anket məlumatları yoxlanan zaman sürücülük hüququnun məhdudlaşdırılması müəyyən edilmiş, bundan sonra ona nəqliyyat vasitəsinin duracağa yerləşdirilməli olduğu bildirilmiş, lakin Şəxs dərhal avtomobilinə əyləşərək oradan qaçmaq üçün yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmaqla avtoxuliqanlıq etmişdir. Belə ki o, işıqforun tələblərini gözləməmiş, dəfələrlə əks istiqamətdə hərəkətdə olan sürücülərin yoluna çıxmaqla təhlükə yaratmış, ümumi qəbul olunmuş ictimai qaydlara zidd hərəkətlər etmişdir. Yalnız yanacağı bitdikdən sonra məcburən hərəkəti dayandırmışır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilərək, bildirmişdir ki, o, dayısına məxsus “RAVON NEXİA R3” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşından taksi olaraq istifadə edir. O, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində hərəkətdə olan zaman polis əməkdaşı tərəfindən saxlanılmış və polis əməkdaşı ona sürücülük hüququ məhdudlaşdırıldığından avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirdikdə o, dərhal avtomobilinə əyləşərək oradan qaçmaq üçün yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozmaqla, digər avtomobillərin sürücülərinə maneələr yaratmışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Etdiyi əməli bir daha təkrarlamayacağını bildirərək, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 aprel 2024-cü il tarixdə idarə etdiyi “RAVON NEXİA R3” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 329.3, 332.1, 327.2, 332.3 və 511.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hadisənin görüntülərini əks etdirən diskdən görünür ki, “RAVON NEXİA R3” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili idarə edərkən polisin qanuni tələblərinə riayət etməyərək, ictimai qaydanı və sürücülərin və piyadaların təhlükəsizliyini pozmuş, ictimai qaydanı nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına dair qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir Bundan başqa Azərbaycan Respublikası İXM-nin 327.2, 329.3, 332.1, 332.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin Şəxs tərəfindən törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Abşeron rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 33.1.1-ci maddəsinə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “RAVON NEXİA R3” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abşeron rayonu, Saray qəsəbəsində həmin avtomobili idarə edərkən polisin qanuni tələblərinə riayət etməyərək, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişlər. Görüntülərdən həmçinin müəyyən edilir ki, müvafiq avtoxuliqanlıq hərəkətləri zamanı ətrafda insanlar və digər avtomobillər də olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilsə də, islah olunmamasını nəzərə alaraq, ona barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş xüsusi hüququn məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin və həbs etmənin əvvəli xx.xx.2024cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın inzibati həbs növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası isə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 329.3, 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Abşeron rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-699/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-699/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver