Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-7/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil iştirakı ilə X1 barəsində tərtib olunmuş AR DƏMX-nın Bakı şəhəri İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, 17.03.2020-ci il tarixli qərarından onun tərəfindən verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş AR DƏMX-nın Bakı şəhəri İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, 17.03.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X4 ərizəsini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X8 17 mart 2020-ci ildə tərtib etdiyi MN № ******* nömrəli akt əsasında 1400 manat cərimə olunmuşdur. Həmin qərarla o, razı deyildir. Belə ki, bu qərar barədə yalnız qərar icraya yönəldikdən sonra yaşayış yeri üzrə Abşeron rayon icra və Probasiya şöbəsi vasitəsilə məlumat əldə etmişdir. Məlumat üçün bildirir ki, on ildən bir- qədər çoxdur ki, o bu şirkətdə filial direktoru işləmiş, 2019-cu ilin dekabr ayının 29-da Gürcüstan Respublikasında yerləşən Baş Ofisin direktoru Saşa Çakaya ərizə ilə müraciət edərək 08 yanvar 2020-ci il tarixdən işdən azad olunmağı barədə xahiş etmiş, ərizəni həm elektron qaydada, həm də əl ilə yazılmış formada «DHL Ekspress Azərbaycan» Kuryer xidməti vasitəsilə Gürcüstana göndərmişdir. Ərizəsinin qəbul olunması barədə elektron cavab da almışdır. Bundan sonra həmin filialla əlaqəni tam kəsmiş, bir neçə ay keçəndən sonra filialın işçilərindən Ziya Qurbanlı onunla vatsapla yazışaraq bir neçə mühasibat sənədlərini kuryer vasitəsilə təqdim edib mzalamasını xahiş etdikdə ona artıq yanvarın 8-dən işdən çıxdığını bildirmiş, şirkətin asan nömrəsi yandığına görə gedib onlar üçün asan nomrə götürməsini xahiş etdikdə onun həmin vaxt vətəndaşlıq vəziyyəti dəyişdiyi, yəni artıq Rusiya vətəndaşlığını qəbul etdiyi üçün asan nömrə götürə bilməmişdir. Daha sonra yeni direktor X6 təyin olunduğu ona məlum olmuş, lakin hansı səbəbdənsə yeni təyin olunmuş V.Sadıqovun direktorluğu axıradək rəsmiləşdirilməyərək adının direktor kimi saxlanılması ona məlum olmamışdır. Həmçinin o, bu şirkətdən 2019-cu ilin noyabr ayı da daxil olmaqla hal hazıradək heç bir məbləğdə əmək haqqı almamışdır. Halbuki 2019-cu ilin noyabr- dekabr aylarında o öz vəzifəsində işləmişdir. Nərminə Namazovanın işdən çıxması ilə bağlı son haqq-hesab pulunun verilməsi barədə ərizəsindən onun məlumatı olmamışdır. Əmək Müfəttişliyi tərəfindən tərtib edilmiş qərar habelə N.Namazovanın ərizəsi barədə ona məlumat verilmədən 1400 manat inzibati cərimə edilməsi əsassızdır. O, AR DƏMX-nın Bakı şəhəri İdarəsinin rəisi Həmid Tofiq oğlu Ədhəmov tərəfindən tərtib edilmiş MN ******* saylı, 17.03.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq AR DƏMX-nın Bakı şəhəri İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə AR DƏMX-nın Bakı şəhəri İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, AR DƏMX-nın Bakı şəhəri İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, 17.03.2020-ci il tarixli qərarından görünür ki, işçinin əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verməsi faktı aşkar edilmiş və nəticədə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 1400 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə AR DƏMX-nın Bakı şəhəri İdarəsinən şikayətlə əlaqədar sənədlərin surətini tələb etmiş, iş materiallarında olan X7 izahatı ilə tanış olarkən müəyyən etdi ki, o, 30 yanvar 2020-ci il tarixdə AR DƏMX-nın Bakı şəhəri İdarəsinə müraciət edərək əmək haqqının, almasına kömək üçün ona müraciət etmişdir. Məhkəməyə təqdim olunmuş 23 dekabr 2020-ci il tarixli əmrdən görünür ki, X4 23 dekabr 2020-ci il tarixində “xxxx” MMC-nin direktoru vəzifəsindən 68.2 maddəsinə əsasən azad edilmişdir. Məhkəməyə təqdim olunmuş 23 dekabr 2020-ci il tarixli əmrdən görünür ki, X9 23 dekabr 2020-ci il tarixindən üç ay sınaq müddəti təyin edilməklə “xxxx” MMC-yə direktoru vəzifəsinə təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Kapital Bankdan alınmış müştəri X3 aid axırıncı ödəniş kartı üzrə çıxarışdan görünür ki, çıxarışın dövrü 01.11.2019-cu il-03.05.2021-ci il üçün əməliyyatın tarixi 29.11.2019-əməliyyatın məbləği 1, 834,61, əməliyyatın tarixi 02.12.2019 - əməliyyatın məbləği 1000,00, əməliyyatın tarixi 02.12.2019 - əməliyyatın məbləği 835,00-dır. Məhkəmə zamanı müəyyən edildi ki, X2 ildən artıqdır ki, “xxxx” MMC-nin Bakı filialında direktor işləmiş, 2019-cu ilin dekabr ayının 29-da Gürcüstan Respublikasında yerləşən Baş Ofisin direktoru Saşa Çakaya ərizə ilə müraciət edərək 08 yanvar 2020-ci il tarixdən işdən azad olunmağı barədə xahiş etmiş, ərizəni həm elektron qaydada, həm də əl ilə yazılmış formada «DHL Ekspress Azərbaycan» Kuryer xidməti vasitəsilə Gürcüstana göndərmişdir. Ərizəsinin qəbul olunması barədə elektron cavab da almışdır. Bundan sonra həmin filialla əlaqəni tam kəsmiş, axırıncı əmək haqqını isə dekabr 2019-cu il tarixdə almışdır. Şikayətçi isə 27 yanvar 2020-ci il tarixdə əmək haqqını almaması ilə əlaqədar “xxxx” MMC-nin Bakı filialının direktoruna müraciət etmiş, lakin həmin vaxt X4 artıq orada direktor vəzifəsindən işləməmişdir. “xxxx” MMCnin Bakı filialının direktoru həmin vaxt işləmədiyi halda AR DƏMX-nın Bakı şəhəri İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, 17.03.2020-ci il tarixli qərar ilə işçinin əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verməsi faktı aşkar edildiyi və X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində 1400 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X4 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol və qərar tərtib edildiyi zaman X1 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi və mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları ətraflı araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmadığı üçün AR DƏMX-nın Bakı şəhəri İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, 17.03.2020-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün AR DƏMX-nın Bakı şəhəri İdarəsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. AR DƏMX-nın Bakı şəhəri İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş MN ******* saylı, 17.03.2020-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün AR DƏMX-nın Bakı şəhəri İdarəsinə qaytarılsın. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-7/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-7/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver