Məhkəmə qərarları › İş №3(012)-70/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-70/2022

08.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-70/2022 08.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Abşeron rayon polis idarəsinin İTŞ-nin sahə rəisi polis leytenantı X1, YPX-nin inspektoru polis baş serjantı X2, inzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ali təhsilli, evli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 19, ev 40-da yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin Qobu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: İş materiallarından görünür ki, Şəxs 08.01.2022-ci il tarixdə daxil olmuş müraciətlə əlaqədar olaraq, BDYPİ-nin YPX-nin inspektorunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin İTŞnin sahə rəisi polis leytenantı X3 izahatında göstərmişdir ki, YPX-nin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib edilmiş raporta əsasən 08.01.2022-ci il tarixdə, 9:30 radələrində 712 saylı postun qarşısında dayandığı zaman “Chevrolet Cruze” markalı **- VG-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun yanında saxlayıb və ondan nəqliyyat vasitəsini harada texniki baxışdan keçirə biləcəyini soruşmuşdur. O zaman arxadan gələn “Wolksvagen Touareg” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil siqnal verməyə başlamışdır. İki sürücü arasında mübahisə etməyə başlamışdılar. Sonra “Wolksvagen Touareg” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini “Chevrolet Cruze” markalı avtomobilin qarşısına sürüb və düşüb üzərinə getməyə başladı. O “Wolksvagen Touareg” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini düzgün saxlamasını demişdir. Sürücü isə ona bildirdi ki, “cərimə var get cərimə yaz” sözlərini deyib hərəkətini davam etmişdir. O bir daha həmin sürücünü intizama dəvət etmişdir və avtomobili düz saxlamağını xahiş etmişdir. Sürücü polisin qanuni tələbinə tabe olmamışdır. O sürücünü nizam intizama dəvət etmək üçün polis əməkdaşlarını köməyə çağırmışdır. Polis əməkdaşlarının köməkliyi ilə sürücü sakitləşmişdir. Sürücü postun içərisinə keçdikdən sonra yenə öz əməllərindən geri çəkilmədi. Səs küy etdiyi üçün bölük komandiri R. Ağayev özü sürücüyə yaxınlaşmışdır və onu intizama dəvət etməsini xahiş etmişdir. Sürücü o zaman onlara və bölük komandirinə əl və qol hərəkətləri etməyə başlamışdır və bildirdi ki, “gör indi mən neyləyirəm, mənə siz yumruq atdınız” sözlərini deyərək şər və böhtan atmaqla hədə qorxu gəlmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş YPX-nin inspektoru polis baş serjantı X2 izahatında göstərmişdir ki, 08.01.2022-ci il tarixdə, 9:30 radələrində 712 saylı postun qarşısında dayandığı zaman “Chevrolet Cruze” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun yanında saxlayıb və ondan nəqliyyat vasitəsini harada texniki baxışdan keçirə biləcəyini soruşmuşdur. O zaman arxadan gələn “Wolksvagen Touareg” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil siqnal verməyə başlamışdır. İki sürücü arasında mübahisə etməyə başlamışdılar. Sonra “Wolksvagen Touareg” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini “Chevrolet Cruze” markalı avtomobilin qarşısına sürüb və düşüb üzərinə getməyə başladı. O “Wolksvagen Touareg” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini düzgün saxlamasını demişdir. Sürücü isə ona bildirdi ki, “cərimə var get cərimə yaz” sözlərini deyib hərəkətini davam etmişdir. O bir daha həmin sürücünü intizama dəvət etmişdir və avtomobili düz saxlamağını xahiş etmişdir. Sürücü polisin qanuni tələbinə tabe olmamışdır. O sürücünü nizam intizama dəvət etmək üçün polis əməkdaşlarını köməyə çağırmışdır. Polis əməkdaşlarının köməkliyi ilə sürücü sakitləşmişdir. Sürücü postun içərisinə keçdikdən sonra yenə öz əməllərindən geri çəkilmədi. Səs küy etdiyi üçün bölük komandiri R. Ağayev özü sürücüyə yaxınlaşmışdır və onu intizama dəvət etməsini xahiş etmişdir. Sürücü o zaman onlara və bölük komandirinə əl və qol hərəkətləri etməyə başlamışdır və bildirdi ki, “gör indi mən neyləyirəm, mənə siz yumruq atdınız” sözlərini deyərək şər və böhtan atmaqla hədə qorxu gəlmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 08.01.2022-ci il tarixində 09:30 radələrində 712 saylı postun əməkdaşı Hüseynov Ülvi onu Abşeron Rayon Polis idarəsinə aparmışdır. Polis idarəsində raportla tanış olmuşdur. Lakin raportla razılaşmamışdır. Hadisə 712 saylı postun arxasından üzü şəhər istiqamətinə gedərək, postun qarşısında “Chevrolet Cruze” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı maşının hərəkətini dayandırdığını görərək öz avtomobilini dayandırmışdır. Bir az gözlədikdən sonra həmin avtomobilə siqnal verərək yol verməsini istəmişdir. O zaman “Chevrolet Cruze” markalı avtomobilin xanım sürücüsünün aqressiv əl-qol hərəkəti etdiyini görmüşdür. Avtomobilini saxlayıb həmin xanıma yaxınlaşıb nə olduğunu soruşanda, “görmürsən polisnən danışıram” deyib küçə sözləri ilə onu və avtomobilində əyləşən iş yoldaşının yanında təhqir etmişdir. O isə cavab olaraq idarə etdiyi “Wolksvagen Touareg” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili postun qarşısında saxlayaraq “Chevrolet Cruze” markalı avtomobiln sürücüsündən şikayət etmək üçün posta tərəf gedərkən polis əməkdaşı “get maşınını düzəlt ə” demişdir və onun üzərinə getmişdir. Sonra isə 3-4 nəfər polis əməkdaşları onun sinəsindən itiləyərək maşına tərəf istiqamətləndirərək, maşını düz saxlamasını və sənədləri təqdim etməsini kobud şəkildə tələb etmişdilər. Bundan sonra onu postun komandirinin qəbuluna aparmışdılar. Postun komandirinə baş vermiş hadisəni danışmağa başlayanda, əlin qalxızıb istiqaməti göstərmək istəyərkən komandir onun sinəsinə yumruq vurduğu zaman işıqlar dərhal söndü və təxminən 1 dəqiqə sonra yandı. Bundan sonra onu Abşeron Polis İdarəsinə aparıb barəsində protokol tərtib etmişdilər. Polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs polis əməkdaşlarına müqavimət göstərməmişdir. İş üzrə inzibati xəta tərkib olmaması əsası ilə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkib olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60.1-ci maddəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsində göstərillir ki, konstitusiyada təsbid edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunverilicik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində göstərilir ki, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Məhkəmədə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08.01.2022-ci il tarixdə, 9:30 radələrində 712 saylı postun qarşısında dayandığı zaman “Chevrolet Cruze” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun yanında saxlayıb və ondan nəqliyyat vasitəsini harada texniki baxışdan keçirə biləcəyini soruşmuşdur. O zaman arxadan gələn “Wolksvagen Touareg” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil siqnal verməyə başlamışdır. İki sürücü arasında mübahisə etməyə başlamışdılar. Sonra “Wolksvagen Touareg” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini “Chevrolet Cruze” markalı avtomobilin qarşısına sürüb və düşüb üzərinə getməyə başladı. O “Wolksvagen Touareg” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini düzgün saxlamasını demişdir. Sürücü isə ona bildirdi ki, “cərimə var get cərimə yaz” sözlərini deyib hərəkətini davam etmişdir. O bir daha həmin sürücünü intizama dəvət etmişdir və avtomobili düz saxlamağını xahiş etmişdir. Sürücü polisin qanuni tələbinə tabe olmamışdır. O sürücünü nizam intizama dəvət etmək üçün polis əməkdaşlarını köməyə çağırmışdır. Polis əməkdaşlarının köməkliyi ilə sürücü sakitləşmişdir. Sürücü postun içərisinə keçdikdən sonra yenə öz əməllərindən geri çəkilmədi. Səs küy etdiyi üçün bölük komandiri R. Ağayev özü sürücüyə yaxınlaşmışdır və onu intizama dəvət etməsini xahiş etmişdir. Sürücü o zaman onlara və bölük komandirinə əl və qol hərəkətləri etməyə başlamışdır və bildirdi ki, “gör indi mən neyləyirəm, mənə siz yumruq atdınız” sözlərini deyərək şər və böhtan atmaqla hədə qorxu gəlmişdir. Məhkəmə baxış iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs YPX-nin əməkdaşı X2 qanuni tələbinə tabe olmaması hər hansı sübutla təsdiqini tapmamışdır. Əksinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından, YPXnin əməkdaşı X2 verdiyi raportdan görünür ki, polis heç bir qanuni əsas olmadan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir əsas olmadan itələyərək bir neçə polis əməkdaşının iştirakı ilə postun icərisinə aparıblar və orada tabe olmadığına görə Abşeron rayon polis idarəsinə aparmışdılar. Abşeron rayon polis idarəsində heç bir araşdırma aparmadan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. «Polis Haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyət yaradır. Qanununun mənasına görə polisin tələbi qanuni olduqda başqaları üçün məcburilik yaradır. Ancaq iş materiallarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində qanun pozuntusu olmasını təsdiq edən sübut yoxdur. Göründüyü kimi, Şəxs oğlunun polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması halı mövcud deyildir. Bu səbəbdən də onun əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 8, 40, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrinin rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar