Məhkəmə qərarları › İş №3(012)-700/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-700/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-700/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxslər Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis mayoru X1, Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis mayoru Rəfael Əsgərovun, Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis baş leytenantı Yasin Musayevin, Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Babək rayonunun Şıxmahmud kəndində qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsi tərəfindən tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis mayoru X2 protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis mayoru Rəfael Əsgərov protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis baş leytenantı Yasin Musayev protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin Saray PB-nin polis sahə rəisi, polis mayoru X5 protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərdi ki, əməlindən peşmandır, iki azyaşlı övladı vardır. Məhkəmədən bağışlanılmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil oğlu Şəxs izahatına uyğun izahat verdi. Məhkəmədən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 22:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № 17202228 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Zərərçəkmiş şəxs1 aldadaraq 263 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 100 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Musazadə X6 mişar daşı satacağı adı ilə aldadaraq 310 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs4 200 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs5 60 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Novxanı qəsəbəsi, S.Qurbanov küçəsi, ev 49-da yaşayan Zərərçəkmiş şəxs6 245 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Ceyranbatan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs7 aldadaraq 370 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Saray qəsəbəsi, Saray MTK, bina 15, mənzil 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 aldadaraq 200 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Saray qəsəbəsi, M.Əzizbəyov küçəsində yaşayan Zərərçəkmiş şəxs9 267 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs10 aldadaraq 500 manat pulunu ələ keçirmişdir. xx.xx.2025-ci tarixli qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olması, iki azyaşlı övladının olması yüngülləşdirici hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyərək, sonuncularınn ondan şikayətçi olmasını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il saat 22:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar