Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-705/2022 25.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, X2 tərəfindən daxil olmuş şikayətin baxılmasına hazırlıq iclasında Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2500 (iki min beş yüz) manat miqdarında inzibati cərimə edilmişdir. X2 26.04.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 4 saylı RETSİ-nin rəisi X1 tərəfindən tərtib olunmuş MN ******* saylı, 29.03.2022-ci il tarixli inzibatitənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. 24.05.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuş ərizədən görünür ki, şikayətçi X2 4 saylı RETSİ-nin rəisi X1 tərəfindən tərtib olunmuş MN ******* saylı, 29.03.2022-ci il tarixli inzibatitənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətdən imtina etdiyini göstərmişdir. Ərizə və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Azərbaycan Respublikasının İXM-nin 112.1.6.-cı maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. Buna görə də hesab edirəm ki, X2 tərəfindən 4 saylı RETSİ-nin rəisi X1 tərəfindən tərtib olunmuş MN ******* saylı, 29.03.2022-ci il tarixli inzibatitənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52 və 112.1.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-705/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-705/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver