Məhkəmə qərarları › İş №3(012)-706/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-706/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-706/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X16 katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X8 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X10 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X8 Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X17 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin direktoru X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X17 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X15 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin Sumqayıt regional şöbəsi tərəfindən barəmdə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən “İnzibati tənbeh vermə haqqında” 12 aprel 2022-ci il tarixli, MN № ******* saylı Qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, "xxxx" MMcnin əməkdaşı X2 əmək haqqı və məzuniyyət pulunun hesablanıb ödənilmsində qanun pozuntusuna yol verilmişdir. Bununla əlaqədar olaraq, barəmdə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü-ci maddəsinə əsasən 800 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X6 ilə 05 iyun 2020-ci il tarixdə 43 saylı əmək müqaviləsi bağlanmaqla, "xxxx" MMC-nin boya məhsulları anbardar vəzifəsinə işə qəbul olunmuşdur. Pünhan Qaragözov 19 yanvar 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və qanunvericiliyin tələblərinə riayət edilməklə, 14 fevral 2022-ci il tarixində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, qanunverciliyin tələblərinə uyğun olaraq Pünhan Qaragözovla bağlanılmış əmək müqaviləsinə xitam verilərkən, yanvar ayı üçün 320,25 (üç yüz iyirmi) manat, istifadəsində olan korporotiv nömrədən şəxsi məqsədləri üçün internetdən istifadə etdiyindən yaranmış 127,69 (bir yüz iyirmi yeddi manat 69 qəpik) manat borc işçinin razılığı əsasında əmək haqqından tutulmuş, istifadə etmədiyi 33 gün əmək məzuniyyətinə və fevral ayının əmək haqqına görə 365,0 (üç yüz altmış beş) manatın vəsait kart hesabına köçürülməsi təmin edilmişdir. Fevral ayının əvvəllərində Cəmiyyətin hesabında pul vəsaiti olmadığından və daxil olmuş az miqdarda vəsait kredit müqaviləsi üzrə borcların ödənilməsinə avtomatik olaraq silindiyindən, P.M.Qaragözovun yanvar ayı üzrə əmək haqqı əmək müqaviləsində nəzərdə tutlduğu kimi 05 fevral tarixədək ödənilə bilməmişdir. Bu səbəbdən Pünhan Qaragözovla yanvar ayı üçün hesablanmış əmək haqqı və digər ödəmələr işçinin əmək müqaviləsinə xitam verilərkən, sonuncu iş günü kart hesabına köçürülməsi təmin edilmiş, Cəmiyyətin X4 işdən çıxdığı günədək heç bir ödənilməmiş əmək haqqı və ya müavinət borcu qalmamışdır. Əmək haqqının ödənilməsinin gecikməsi ilə bağlı X6 xx.xx.2022-ci il tarixdə saat 14-46 radələrində mobil telefon vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Sumqayıt regional şöbəsinə yanvar ayı üçün əmək haqqısının ödənilməməsi barədə şikayət etmişdir. Lakin şikayətindən 10 gün keçməmiş, X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Sumqayıt regional şöbəsinə həmin nömrədən zəng edərək, Evro İnşaat MMCdən heç bir şikayət və tələbinin olmaması barədə məlumat vermişdir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Sumqayıt regional şöbəsi inzibati icraat açaraq, sözügedən şikayətin tam və hərtərəfli araşdırılması üçün xx.xx.2022ci il tarixli cəmiyyətin elektron poçt ünvanına məktub ünvanlayaraq, iş üçün əhəmiyyət kəsb edən sənədləri istəmişdir. X12 Xidmətinin Sumqayıt regional şöbəsi təkrarən cəmiyyətin elektron poçt ünvanına xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq, məktubda inzibati xətanın əlamətlərinin olmasının müəyyən edilməsini, həmin materiallarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də, inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq nümayəndəmizin xx.xx.2022-ci il tarixdə saat 11:00-da Əmək Müfəttişliyi Xidmətinin Sumqayıt regional şöbəsində olmasını təklif etmişdir. X2 xx.xx.2022-ci il tarixli müraciətinin əsassız olmasını sübut edən dəlillər təqdim etsəm də, formal olaraq ad soyad hissələri qeyd edilmiş xx.xx.2022-ci il tarixli MH ******* saylı protokol tərtib edilmiş və həmin protokolun əsasında xx.xx.2022-ci il tarixdə MN ******* saylı qərar çıxarılmışdır. Sonda o, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X17 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X17 bildirdi ki, "xxxx" MMC-nin işçisi X3 2022-ci ilin yanvar ayı üzrə əmək haqqı ödənişi ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 800 (səkkiz) yüz manata məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Xidmətinin Sumqayıt regional şöbəsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən “İnzibati tənbeh vermə haqqında” 12 aprel 2022-ci il tarixli, MN № ******* saylı qərar qəbul edilmişdir. Sonda o, Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X17 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X10 MN seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X15 barəsində tərtib olunmuş Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X17 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 800 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müraciət vərəqəsindən görünür ki, vətəndaş X7 xx.xx.2022-ci il tarixində "xxxx" MMC-də “anbardar” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunmuşdur. xx.xx.2022-ci il tarixində öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin cari tarixədək yanvar ayı üzrə əmək haqqı ödənişi ödənilməmişdir. Vətəndaş bu haldan şikayətçidir, müraciətinə baxılmasını və işəgötürən abrədə müvafiq tədbirlərin görülməsini tələb edir. Məhkəmə işin obyektiv araşdırılması üçün xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidməti Sumqayıt regional ərazi şöbəsinə müraciət edərək MN seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına əsas olan sənədlərin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X5 yanvar və fevral aylarının əmək haqları və istifadə olunmamış məzuniyyətinə görə pul əvəzi müavinət xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına köçürülməsi təmin edilmişdir. Şirkətin X5 işdən çıxdığı günədək heç bir ödənilməmiş əmək haqqı və müavinət borcu qalmamışdır. Yanvar ayının əmək haqqısı xx.xx.2022-ci ildə ödənilməsi şirkətin maliyyə vəziyyətinin aşağı olması ilə əlaqədar baş vermişdir. "xxxx" ASC-yə məxsus xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, X3 hesabına yanvar ayının əmək haqqısı 322.30 (üç yüz iyirmi iki manat 30 qəpik) və fevral ayının əmək haqqısı 367.34 (üç yüz altmış yeddi manat otuz dörd qəpik) manat təşkil edir. xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru X15 ilə X7 arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X7 "xxxx" MMC-nin direktoru X9 ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, şirkətdə yaranan maliyyə çətinliyi ilə əlaqədar olaraq yanvar ayı üçün hesablanmış əmək haqqı və digər ödəmələr işçinin əmək müqaviləsinə xitam verilərkən sonuncu iş günü X3 əmək haqqı hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, X7 xx.xx.2022-ci il tarixindən öz təşəbbüsü ilə işdən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və son haqq hesabın ödənilməsi əmr edilmişdir. İşin müəyyən edilmiş hallarından da görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 4.5-ci maddəsində göstərilmişdir ki, əmək haqqı ayda bir dəfə hər ayın sonu ödənilir. Məhkəmə yuxarıdakılara əsasən hesab edir ki, X15 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinin tələbləri pozulmuşdur. Buna görə də, X15 haqlı və düzgün olaraq səlahiyyətli orqan tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilir ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X15 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X17 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X8 Azərbaycan Respublikası ƏƏSMN yanında X12 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X17 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar