Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-708/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X1 tərəfindən daxil olmuş şikayətin baxılmasına hazırlıq zamanı xx xxxxx 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 barəsində tərtib edilmiş protokoldan şikayət etməklə Bakı şəhər, Nərimanov RPİ-nin 16-cı PB-nin polis mayoru Səhrad Abışov tərəfindən tərtib edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan şikayət ərizəsindən görünür ki, imzalanmamışdır. Azərbaycan Respublikasının İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi, X1 barəsində qəbul edilmiş qərardan şikayət versə də imzalanmamış, və şikayətçinin qeydiyyatda olduğu və ya yaşadığı ünvan qeyd olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət imzalanmadığından və şikayət verən şəxsin ünvanı qeyd olunmadığından şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : X1 tərəfindən Bakı şəhər, Nərimanov RPİ-nin 16-cı PB-nin MN ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə şikayət geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-708/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-708/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver