Məhkəmə qərarları › İş №3(012)-709/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-709/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-709/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və ProbasiyaŞöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçı şəhəri, 28 aprel küç, ev 111 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qara Qarayev küçəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 21.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdəgöstərilmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2(091)-61/2020 saylı, 18.06.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs tələbkar X3 1286,40 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 bildirdi ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2(091)-61/2020 saylı, 18.06.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs tələbkar X3 1286,40 manat borcunu ödəməmişdir. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs oğlu icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs işsiz olduğu üçün borcunu tam ödəməkdə çətinlik çəkdiyini, hal-hazırda 300 manat ödəyə biləcəyinibildirərək hazırki işüzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Şəki Ağır Cinayətlər Məhkəməsinin 2(091)-61/2020 saylı, 18.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən 1286 manat 40 qəpik təqsirləndiirlən şəxs-mülki cavabdeh Şəxs alınaraq zərərçəkmiş şəxs - mülki iddiaçı X3 verilməsi hökm edilmişdir. İş materiallarında olan 30.07.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra vərəqəsinə dair iş üzrə icraata başlanılmışdır. İş materiallarında olan 21.04.2021-ci il tarixli aktdan görünür ki, Şəxs tərəfindən tələbkar X2 300 manat məbləğində pul ödənilmişdir. Məcburi icra hərəkətləri ilə əlaqədar müvafiq orqanlara verilmiş sorğuların cavablarından görünür ki, Şəxs pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyata alınmamış və onun adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs hökmün icrasından bilərəkdən yayınmır və o, borcu ödəməkdən qəsdən boyun qaçırmır.Şəxs oğlu maddi vəziyyətinin ağır olması ilə əlaqədar borcunu ödəyə bilməmiş, hal-hazırda borcundan 300 manat ödəmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, hazırda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxsicra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar