Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-71/2025 05.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Dərvətlər İdarəsinin nümayəndəsi X4, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 234.0.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Dərvətlər İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Dərvətlər İdarəsi tərəfindən Veysəloğlu-Yaycılı Qardaşlar” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 234.0.5-ci maddələri ilə MN № ******* nömrəli,xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Qobu-Güzdək avtomobil yolunun sağ kənarındakı torpaq əraziyə "xxxx" MMC-yə məxsus Hyundai H-100 markalı **-JL-*** dövlət nömrə nişanlı avtomobili tərəfindən qanunsuz olaraq müxtəlif tərkibli tullantıların boşaldılmış və yandırılmışdır. Bununla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1 və 234.0.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Dərvətlər İdarəsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat verərək, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, protokol tərtib edən orqan iş üzrə zəruri halları tam və hərtərəfli araşdırmamış, nəticədə müvafiq protokol İXM-nin tələbləri pozulmaqla tərtib edilmişdir. Protokol tərtib edilən zaman "xxxx" MMC mövcud olmamışdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin X6 Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli reyestr sənədindən görünür ki, “Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Bununla bağlı müvafiq dövlət orqanı tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə reyestr çıxarışı təqdim edilmişdir. Hüquqi şəxs mövcud olmadığı halda onun vəzifəli şəxsi də ola bilməz. Beləliklə göründüyü kimi inzibati xəta haqqında protokol bu kimi hallar araşdırılmadan mövcud olmayan hüquqi şəxsə illər öncə rəhbərlik edən vəzifəli şəxsi barəsində tərtib edilmişdir. AR İXM-nin tələblərini rəhbər tutaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 dekabr 2024-cü il tarixli, MN ******* saylı protokolu üzrə baxılan işdə inzibati haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 dekabr 2024-cü il tarixli № 88748 saylı aktdan görünür ki, Qobu-Güzdək avtomobil yolunun sağ kənarındakı ərazidə xx.xx.2024-cü il tarixində “X5 Haqqında, Tullantılar Haqqında, X3 Haqqında və X1 Qanunların tələblərinə riayət olunması vəziyyəti ilə bağlı xidməti ərazidə aparılan monitorinq zamanı, Abşeron rayonu, Qobu-Güzdək avtomobil yolunun sağ kənarındakı torpaq əraziyə Hyundai H 100 markalı **-JL-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən qanunsuz olaraq X5 tələblərinə zidd olaraq müxtəlif tərkibli tullantıların boşaldılması və yandırılması faktı müəyyən edilmişdir. Qeyd olunan əraziyə qanunsuz olaraq tullantıları boşaldan və yandıran yük avtomobilinin sürücüsünə yaxınlaşan zamanı, yük avtomobilinin sürücüsü heç bir səbəb göstərmədən sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmədən qaçaraq ərazidən uzaqlaşmışdır. Yük avtomobilinin kimə məxsus olması, sahibinin müəyyənləşdirilməsi və barəsində inzibati tədbir görüıməsi üçün idarə tərəfindən Daxili İşlər Nazirliyinin BaŞ X11 İdarəsinə xx.xx.2024-cü il tarixli Mg/ 4324-116 saylı məktubla müraciət edilmişdir. DİN Baş X11 İdarəsi tərəfindən idarəyə daxil olmuş cavab məktubunda sözügedən yüv avtomobilinin "xxxx" MMC-nin adında qeydiyyatda olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixində idarədə aparılan inzibati araşdırma da iştirak etməsinin təmin edilməsi üçün idarə tərəfindən xx.xx.2024-cü il tarixli g-BMƏ4324-800 saylı məktubla "xxxx" MMC-nin rəhbərliyinə bildiriş göndərilsə də, lakin "xxxx" MMC-nin göstərilən müddətdə idarəyə gəlməkdən və inzibati araşdırmada iştirak etməkdən imtina etmişdir. Bununla da, hüquqi şəxs "xxxx" MMC tərəfindən X5 haqqında Qanunun 47-ci maddəsinin, X2 9, 10, 11, 12-ci maddəsinin və Nazirlər Kabinetinin2 aprel 2005-ci il tarixli 74 saylı qərarı ilə təsdiq edilmiş qaydasının 7-ci bəndinin tələbləri pozulmuş və 2 nüsxədə akt tərtib edilmişdir. Ekoloji araşdırma idarənin 10 dekabr 2024-cü il tarixli 0182 saylı sərəncamına əsasən aparıldı. Fotoşəkillərdən görünür ki, Hyundai H-100 markalı **-JL-*** dövlət nömrə nişanlı avtomobili tərəfindən qanunsuz olaraq müxtəlif tərkibli tullantıları boşaldılmış və yandırılmışdır. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 234.0.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1 -ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 234.0.5-ci maddəsinə əsasən tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 31.1 -ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Tullantılar haqqında Azərbaycan Respublikası Qanununa əsasən istehsalat tullantıları dedikdə-istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr nəzərdə tutulur. Həmin Qanunun 7-ci maddəsinə əsasən istismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər: Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. “X5 haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı X5 üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində "xxxx" MMC-nin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 234.0.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona 8500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbərtutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 və 234.0.5ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(012)-71/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-71/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver