Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-713/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-in 18.02.2019-cu il tarixli, EQ 710419 saylı qərarından X3 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in BDYPİ-in onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə edilməsinə dair 18.02.2019-cu il tarixli, EQ 710419 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 30.12.2019-cu il tarixdə Bakı şəhər Binəqədi rayon Pİ-in DYPŞ-in əməkdaşları tərəfindən ehtibarnamə ilə idarə etdiyi avtomobil saxlanılaraq, cərimə meydançasına yerləşdirilmişdir. Sonradan ona İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən barəsində sürücülük vəsiqəsində müvafiq B kateqoriyası olmadığına görə, Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən heç bir xəbərdarlıq və ya bildiriş göndərilmədən 18.02.2019-cu il tarixdə qüvvəyə minən EQ 710419 saylı qərar qəbul edilmişdir. 070 634 10 97 saylı mobil nömrə əvvəllər 2014-cü il tariixədək onun istifadəsində olmuş, sonradan mobil nömrəsini dəyişmişdir. Qərar çıxarılarkən aktiv olmayan 070 634 10 97 saylı mobil telefonuna SMS bildiriş və inzibati tənbeh edilməsi barədə məlumatlar ötürülmüş, onun bu qərarın çıxarılmasından məlumatı olmamışdır. Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən 18.02.2019-cu ildə qəbul edilmiş EQ 710419 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.02.2019-cu il tarixli, EQ 710419 saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-in X8 çıxarışından görünür ki, X3 istifadəsində olan 070 634 10 97 saylı mobil telefonuna SMS bildiriş və idarə etdiyi “VAZ- 2109” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçmədiyinə görə 18.02.2019-cu il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh edilməsi barədə məlumatlar 070 634 10 97 saylı mobil telefonuna SMS bildiriş və inzibati tənbeh edilməsi barədə məlumatlar ötürülmüşdür. Məhkəmə zamanı müəyyən edildi ki, etibarnamə əsasında X3 idarə etdiyi “VAZ- 2109” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçmədiyinə görə 18.02.2019-cu il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə edilmişdir. Bu barədə X3 istifadəsində olan 070 634 10 97 saylı mobil telefonuna SMS bildiriş və inzibati tənbeh edilməsi barədə məlumatlar ötürülmüşdür. Sonuncunun qanunla müəyyən edilmiş qaydada barəsində tərtib edilmiş protokoldan və həmin protokol əsasında qəbul edilmiş qərardan məlumatı olmamışdır. Nar Mobile tərəfindən verilmiş arayışdan görünür ki, 070 634 10 97 saylı mobil telefon 2009-cu ildən 2014-cü ilə kimi aktiv olmuşdur. Belə olan halda məhkəmədə Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən 18.02.2019-cu ildə qəbul edilmiş EQ 710419 nömrəli qərarının X3 istifadəsində olan 070 634 10 97 saylı mobil telefonuna SMS bildiriş və inzibati tənbeh edilməsi barədə məlumatlar ötürməməsi qənaətinə gətirir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən 18.02.2019-cu ildə qəbul edilmiş EQ 710419 nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-in EQ 710419 saylı qərardan X3 şikayəti əsaslı olduğundan təmin edilsin. Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən X6 barəsində 18.02.2019-cu ildə qəbul edilmiş EQ 710419 saylı qərarı ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova Surəti Azərbaycan Respublikası adından QƏRAR ABŞERON RAYON MƏHKƏMƏSİ Xırdalan şəhəri İş № 3(012)-670/2020 15.10.2020 hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, X1nun və Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-in 18.02.2019-cu il tarixli, EQ 710419 saylı qərarından X3 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in BDYPİ-in onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə edilməsinə dair EQ 710419 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 30.12.2019-cu il tarixdə Bakı şəhər Binəqədi rayon Pİ-in DYPŞ-in əməkdaşları tərəfindən ehtibarnamə ilə idarə etdiyi avtomobil saxlanılaraq, cərimə meydançasına yerləşdirilmişdir. Sonradan ona İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən barəsində sürücülük vəsiqəsində müvafiq B kateqoriyası olmadığına görə, Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən heç bir xəbərdarlıq və ya bildiriş göndərilmədən 18.02.2019-cu il tarixdə qüvvəyə minən EQ 710419 saylı qərar qəbul edilmişdir. 070 634 10 97 saylı mobil nömrə əvvəllər onun istifadəsində olmuş, sonradan mobil nömrəsini dəyişmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən 18.02.2019-cu ildə qəbul edilmiş EQ 710419 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X6 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Azərbaycan Respublikası DİN-in BDYPİ-in inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, etibarnamə əsasında X3 idarə etdiyi “VAZ-2109” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçmədiyinə görə 18.02.2019-cu il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə edilmişdir. Bu barədə X3 istifadəsində olan 070 634 10 97 saylı mobil telefonuna SMS bildiriş və inzibati tənbeh edilməsi barədə məlumatlar ötürülmüşdür. Sonuncunun qanunla müəyyən edilmiş qaydada barəsində tərtib edilmiş protokoldan və həmin protokol əsasında qəbul edilmiş qərardan məlumatı olmuşdur. Şikayət əsassız olduğu üçün təmin edilməməsini xahiş edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: 18.02.2019-cu il tarixli, EQ 710419 saylı inzibati xəta haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-in X8 çıxarışından görünür ki, X3 istifadəsində olan 070 634 10 97 saylı mobil telefonuna SMS bildiriş və idarə etdiyi “VAZ- 2109” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçmədiyinə görə 18.02.2019-cu il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə edilməsinə dair inzibati tənbeh edilməsi barədə məlumatlar ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-in 18.02.2019-cu il tarixli, EQ 710419 razı olmadığını bildirsədə Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsinin məhkəməyə təqdim etdiyi BDYPİ-in X8 çıxarışından görünür ki, “VAZ2109” markalı, **-FG- *** dövlət qeydiyyat nişanlı avtomobilin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçmədiyinə görə Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat inzibati cərimə edilmişdir. Eyni zamanda tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş qərar barədə avtomobili etibarnamə əsasında idarə edən X4 məxsus mobil telefonuna SMS bildiriş və qərar barədə məlumat göndərilmişdir. Məhkəmədə müəyyən edimişdir ki, X6 istifadəsində olan 070 634 10 97 saylı mobil nömrəni sonradan dəyişmiş və bu barədə məlumat verməmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-in X3 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş EQ 710419 saylı qərar qanuni və əsaslıdır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-in EQ 710419 saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-in EQ 710419 saylı qərardan X3 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: imza var Vaqif Həsənov Düzdür :Məhkəmənin hakimi : Vaqif Həsənov AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________ AZ 0100, Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5 Telefon: (+994 12) 342 07 07; faks: (+994 12) 342 11 44; e-mail: mailto:court@azdata.netElektron ünvan 15.10.2020-ci il № 3(012)-670/2020 Azərbaycan Respublikası DİN-in BDYPİ-nə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qrant Y/K, bina 04, mənzil 88 - şikayətçi X4 Abşeron Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti ______vərəqədə Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-713/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-713/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver