Məhkəmə qərarları › İş №3(012)-713/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-713/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-713/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilənəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EP0140972 nömrəli, 05 aprel 2024-cü il tarixli protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP0140972 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 140000.00 ABŞ dolları məbləğində olan vəsaiti 30 mart 2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 140000.00 (yüz qırx min) ABŞ dolları məbləğində olan vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, 30 mart 2022-ci il müqavilə üzrə ölkədən çıxan pul vəsaiti üzrə borc bağlanmışdır.Bunu təsdiq edən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunu məhkəməyə təqdim etmişdir. Buna görə də o, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Mərkəzi Bankın ünvanına bildiriş göndərilmiş, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan RespublikasıİXM-nin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli, KB-119/2-86/2024 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlər təqdim edilmiş müəssisələrin siyahısında Şəxs ASC-nin də adı qeyd edilmişdir. Məktubdan həmçinin müəyyən edilir ki, Şəxs ASC tərəfindən 140000.00 (yüz qırx min) ABŞ dolları vəsaitin ödənişi 30 mart 2022-ci il tarixdə həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs ASC-nin hesabından “LLC “ALCO İNDUSTRİULİ JGUFİ””in bank hesabına xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 140000.00 (yüz qırx min) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Şəxs ASC–yə verilmiş 17 .04.2024-cü il tarixli, 200/200/051/2024 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində SHPS ALKO İNDUSTRİULİ JGUPİ-yə köçürülmüş 140 000 USD avans məbləğ müəssisənin təqdim etdiyi geri qaytarma sənədinə və geri qaytarmanın Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsdiq olunması ilə bağlı 218 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən bağlanılmışdır. İşə əlavə olunmuş ödəniş sənədlərinə və digər sənədlərə hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə başlanmış icraata xitam verilməlidir.Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, Şəxs ASC-nin hesabından “LLC “ALCO İNDUSTRİULİ JGUFİ”-in bank hesabına xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 140000.00 (yüz qırx min) ABŞ dolları məbləğində vəsait köçürülmüş, iş materillarında olan xx.xx.2024-cü il tarixli, **********67363 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs ASC tərəfindən sifariş olunan malların dəyəri ödənilmişdir. Gecikmənin səbəbəni inzibati icraat aparılan şəxsin nümayəndəsinin izahatına görə kuratorun banka gec göndərməsi ilə əlaqədar olmuşdur. Məhkəmə bunu əsaslı məlum səbəblərdən əsaslı hesab edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Şəxs ASC –yə verilmiş 17 .04.2024-cü il tarixli, 200/200/051/2024 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində SHPS ALKO İNDUSTRİULİ JGUPİ-yə köçürülmüş 140 000 USD avans məbləğ müəssisənin təqdim etdiyi geriqaytarma sənədinə və geriqaytarmanın Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsdiq olunması ilə bağlı 218 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən bağlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EP0140972 nömrəli, 05 aprel 2024-cü il tarixli protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar