Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-718/2020 04.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon Pİ-in İTŞ-nin sahə rəisi polis mayoru X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxx 1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkumluğu olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxx 2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksində Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı **- SD-*** dövlət qeydiyyat nişanlı avtomaşının şüşəsini sındıraraq, avtomobildən 20 manat dəyərində olan 1 ədəd ətri gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-in İTŞ-nin sahə rəisi polis mayoru X2 verdiyi izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə polis idarəsinə ərizə ilə müraciət edərək, ona məxsus “Mercedes” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşının şüşəsini sındırılaraq, avtomobildən 20 manat dəyərində 1 ədəd ətrin oğurlandığını bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-də araşdırma aparılmış, qeyd olunan oğurluğun Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluqları törətmişdir. Oğurluq etməsinə səbəb maddi vəziyyətinin yaxşı olmamasıdır. Hazırda əməlindən peşmançılıq çəkir, yaşını nəzərə alınmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 002142 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, ona ictimai işlər cəzası təyin edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) saatadək ictimai işlər cəzası təyin olunsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-718/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-718/2020
04.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver