Məhkəmə qərarları › İş №3(012)-72/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-72/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-72/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16485368 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət üzrə buraxılmış prossesual müddətin bərpası barədə ərizəyə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16485368 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 təyin olunmuş iclasdan əvvəl məhkəməyə ərizə ünvanlayaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət üzrə tərəfindən verilən buraxılmış prossesual müddətin bərpası barədə ərizənin və ona əlavə olunmuş sənədlərin mahyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş, bununla belə onların ərizəyə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə ərizəyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş şikayət üzrə buraxılmış prossesual müddətin bərpası barədə ərizəni, ona əlavə edilmiş sənədləri və hazırda sənədlərin geri qaytarılması barədə müraciətini araşdıraraq hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16485368 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət üzrə buraxılmış prossesual müddətin bərpası barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16485368 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət üzrə buraxılmış prossesual müddətin bərpası barədə ərizə və ona əlavə edilmiş sənədlər onun geri müraciətinə əsasən geri qaytarılsın. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar