Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-720/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP № ******* saylı, xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC 23970,34 avro məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 23970,34 avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 18 mart 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, AZƏRİŞ LTD MMC-nin ünvanına gələn **********3479 sorğu nömrəli gömrük bəyannamə tərtib olunarkən 4011 təsnifat kodu müqavilənin nömrəsi və tarixi **********4044 sorğu nömrəli gömrük bəyannaməsində 4011 təsnifat kodunda müqavilənin nömrəsi və tarixi 120 ödəniş şərti səhv qeyd edilmişdir. **********8233, **********7348, **********1522 saylı gömrük bəyannamələrində isə ödəniş şərti 100 olunmalı olduğu halda səhvən 120 qeyd edilmişdir. Sorğu nömrələri qeyd olunan gömrük bəyannamələrinə düzəliş edilməsi üçün Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət olunmuşdur. Ona görə də "xxxx" MMC-nin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Mərkəzi Bankın ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, AZƏRİŞ LTD MMC-nin ünvanına gələn **********3479 sorğu nömrəli gömrük bəyannamə tərtib olunarkən 4011 təsnifat kodu müqavilənin nömrəsi və tarixi **********4044 sorğu nömrəli gömrük bəyannaməsində 4011 təsnifat kodunda müqavilənin nömrəsi və tarixi 120 ödəniş şərti səhv qeyd edilmişdir. **********8233, **********7348, **********1522 saylı gömrük bəyannamələrində isə ödəniş şərti 100 olunmalı olduğu halda səhvən 120 qeyd edilmişdir. Sorğu nömrələri qeyd olunan gömrük bəyannamələrinə düzəliş edilməsi üçün Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə xx.xx.2022-ci il tarixdə müraciət olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, AZƏRİŞ LTD MMC-nin ünvanına gələn spirtli içki məmulatların sərbəst dövriyyə üçün buraxılış gömrük prosedura altında rəsmiləşdirilmiş **********53479, **********4044, **********8233, **********7348, **********1522 sorğu nömrəli gömrük bəyannamələrində müqavilə nömrələri və ödəmə şərtlərindəki düzəlişlərlə bağlı sifarişlər Dövlət Gömrük Komitəsinə göndərilmiş, hal hazırda baxılmaqdadır. İş materiallarında olan şirkət tərəfindən məhkəməyə ünvanlanmış arayışdan görünür ki, “BİTBURGER BRAUGRUPPE GMBH ” şirkətinə **********14 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən 03/20 saylı, 12 mart 2020-ci il tarixli müqavilə üzrə 23970.34 (iyirmi üç min doqquz yüz yetmiş avro otuz dörd sent) avro məbləğində vəsait ödənilmişdir. Pandemiya dövrü ilə əlaqədar olaraq malların idxalı dayandırılmışdır. Köçürülən məbləğlə bağlı xx.xx.2020-ci il tarixində **********3479 sayiı YGB-nə əsasən ******* nömrəli, xx.xx.2020-ci il tarixli invoysla 6723.66 (altı min yeddi yüz iyirmi üç avro altmış altı sent) avro dəyərində şirkət tərəfindən mal idxal edilmişdir. xx.xx.2020-ci il tarixində **********4044 saylı YGB-nə əsasən ******* nömrəli, xx.xx.2020-ci il tarixil invoysla 6738.12 (altı min yeddi yüz otuz səkkiz avro on iki sent) avro dəyərində mal idxal edilmişdir. Göstərilən YGB-nə əsasən satıcı şirkətə heç bir vəsait ödənilməmişdir. xx.xx.2020-ci ii tarixində **********8233 saylı YGB-nə əsasən ******* nömrəli, xx.xx.2020-ci il tarixli invoysla 14471.22 (on dörd min dörd yüz yetmiş bir avro iyirmi iki sent) avro dəyərində mal idxal edilmişdir. Göstərilən YGB-nə əsasən satıcı şirkətə cəmi 4699.50 (dörd min altı yüz doqsan doqquz avro əlli sent) avro malın dəyəri ödənilmişdir. xx.xx.2021-ci il tarixində **********1522 saylı YGB-nə əsasən ******* nömrəli, xx.xx.2020-ci il tarixli invoysla 7447.58 (yeddi min dörd yüz qırx yeddi avro əlli səkkiz sent) avro dəyərində mal idxal edilmişdir. Göstərilən YGB-nə əsasən satıcı şirkətə cəmi 4104.80 ( dörd min yüz dörd avro səksən seni} avro malın dəyəri ödənilmişdir. Şirkətin ünvanına gələn **********3479 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyannamə tərtib olunarkən, 4011 kodu, müqavilənin nömrəsi, tarixi, **********4044 sorğu nömrəli gömrük bəyannaməsində 4011 təsnifat kodunda müqavilənin nömrəsi, tarixi, 120 ödəniş şərti səhv qeyd edilmişdir. **********8233, **********1522 saylı gömrük bəyannamələrində isə ödəniş şərti 100 olmalı olduğu halda səhvən 120 qeyd edilmişdir. Ona görə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 22 aprel 2020-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. İşə əlavə edilən sənədlərə hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi göstərilmişdir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: "xxxx" MMC barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-720/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-720/2022
17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver