Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-721/2025 01.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Şəxs MMC-nin təsisçisi direktoru Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs MMC-nin (VÖEN **********) mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin təsisçisi direktoru Nümayəndə bildirdi ki, şirkətin rəhbəri olaraq daxil olmuş bütün sorğuları şəxsən özü qəbul edərək cavablamışdır. Abşeron RPİ-nin DYPŞ şirkətə ünvanlanmış bütün sorğulara dərhal cavab verilmişdir. Lakin, Abşeron RPİ-nin DYPŞ tərəfindən protokol tərtib olunan zaman yanlışlığa yolverilmişdir. Belə ki, qeyd olunan inzibati xəta hadisəsi **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (avtobus) ilə törədilsə də, qərar **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (“DAF FT XF 105.510” yük markalı) barəsində qəbul edilmiş, bu barədə sorğu tərtib olunmuşdur.Təqdim olunan kamera fotoşəkillərdən göründüyü kimi fotoşəkildəki avtobusdur, hansı ki,MMC-yə məxsus “DAF FT XF 105.510” yük markalı, **- JH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat avtomobilidir, hazırda istifadə edilmir.Bu məsələ DYP-də aydınlaşdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında protokol tərtib edən tərəfin nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməməsiinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında protokol tərtib edən tərəfin nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməməsinin səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Abşeron RPİ-nin DYPŞ tərəfindən Şəxs MMC-nə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “DAF FT XF 105.510” yük markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə, saat 17:43 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxslər haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:43 radələrində qeydə alınan inzibati xəta **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus nəqliyyat vasitəsi ilə törədilmişdir.Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron RPİ-nin DYPŞ tərəfindən protokol tərtib olunan zaman yanlışlığa yolverilmişdir. Belə ki, qeyd olunan inzibati xəta hadisəsi **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (avtobus) ilə törədilsə də, qərar **-JH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (“DAF FT XF 105.510” yük markalı) barəsində qəbul edilmişdir.“DAF FT XF 105.510” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi MMC-yə məxsusdur. Qeyd edilən faktları təsdiq edən fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Bununla da, Abşeron RPİ-nin DYPŞ tərəfindən göndərilmiş sorğu Şəxs MMC-nə çatdırılmamalı olduğu halda çatdırılmışdır. Halbu ki, həmin MMC hazırkı inzibati xətanın subyekti deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir.Göründüyü kimi Şəxs MMC-nin hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC barəsində başlanmış xx.xx.2025-ci il tarixli AP ******* saylı protokol üzrə işin icraatına xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-721/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-721/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver