Məhkəmə qərarları › İş №3(012)-722/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-722/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-722/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Abşeron RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ18321161 saylı X4 haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ18321161 saylı X4 haqqında qərarın ləğv olunmasını və ödədiyi 62,40 manat məbləğində cərimənin şəxsi kartına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırdı ki, xx.xx.2023-ci il tarixdə, idarə etdiyi «Lada» markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xırdalan şəhəri Heydər Əliyev prospektində hərəkətdə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə barəsində xx.xx.2023-cü il tarixli, EQ18321161 saylı X3 haqqında Qərara əsasən 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, X6 Polis şöbəsinin barəsində tətbiq etdiyi xx.xx.2023-cü il tarixli, EQ18321161 saylı X4 Haqqında Qərar qeyri-qanuni və əsassızdır.Onun tərəfindən qanun pozuntusuna yol verilməmişdir,avtomatik çəkilmiş sistemdə mexaniki səhvə yol verilmişdir. Bu səbəblə, sözügedən qərarın ləğvi və həmin qərara əsasən barəsində tətbiq edilmiş 40 (qırx) manat məbləğində cərimənin 22 manat 40 qəpik dəbbə pulunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də qeyd olunan qərarın ödədiyi 62,40 manat məbləğində cərimənin şəxsi kartına qaytarılması barədə qərar qəbul olunması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən DİN-nin Abşeron rayon Pİ DYP şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin hadisəsnin foto şəklini göndərmiş, video görüntünün olmadığını bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, EQ18321161 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati qaydada 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, məhkəmə hesab edir ki,hadisənin baş verməsində şikayətverənin təqsirini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, qərar qəbul edən tərəf isə barəsində protokol tərtib olunan şəxsin idarə etdiyi «Lada» markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xırdalan şəhəri Heydər Əliyev prospektində hərəkətdə olma anının fotogörüntüsünü təqdim etmişdir.Həmin fitigörüntüdən isə pozuntunun nədən ibarət olduğu görünmür. Bu əsasda hesab edirəm ki, şikayət qərara aid hissədə təmin edilməli, Abşeron RPİ-in DYPŞ-in xx.xx.2023-cü il tarixli, EQ18321161 saylı X4 haqqında qərar ləğv edilməli ,iş üzrə icraata xitam verilməlidir. Şikayətin ödənilmiş cərimənin geri qaytarılması hissəsində məhkəmə hesab edir ki, bu tələblə şikayətverən qərar qəbul edən orqana müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Abşeron RPİ-in DYPŞ-nin xx.xx.2023-cü il tarixli, EQ18321161 saylı X4 haqqında qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar